05:34 Bazar Ertəsi, 18 Iyun 2018
DÜNYA

Polis: Yaxşı adam gecə küçədə gəzməz

21:21, 03.09.20174607
Polis: Yaxşı adam gecə küçədə gəzməz
Özbəkistanın Ürgənc şəhərində 3706 nəfər bir gecədə həbs edilib.

Həbs səbəbi kimi məqsədsiz şəkildə küçədə gəzmək göstərilib. Həbs edilən insanların sayı və səbəbi Xarəzm polis şöbəsi tərəfindən yayımlanıb. Bəzi şəxslərə cəza verildiyi, bəzilərinə isə xəbərdarlıq edildiyi deyilir.

Məsələ ilə bağlı danışan polis sözçüsü Zakir İsmayılov həbs qərarlarının hansı qanuni əsasla verilməsi barədə heç nə deməyib və "Yaxşı adam gecə küçədə gəzməz" fikrini səsləndirib. 

Gecə saatlarında arıqlamaq üçün gəzintiyə çıxan Marim Matkarimov həbs edilərək polis şöbəsinə aparılıb. 

Hadisə ilə bağlı açıqlama verən özbək vəkil "Əgər gecə küçəyə çıxmaq qadağası yoxdursa, məqsədsizcə gəzmək qanunsuz deyil" deyib. 

Qeyd edək ki, ölkədə 1 sentyabr müstəqillik günü ilə əlaqədar təhlükəsizlik tədbirləri günləndirilmişdi, həbslərin bu səbəbdən baş verdiyi ehtimal edilir.
 
///Qaynarinfo
XƏBƏR LENTİ