13:48 Bazar Ertəsi, 19 Noyabr 2018
Bütün Xəbərlər

Politoloq Zəfər Quliyev vəfat etdi

11:50, 29.01.2015889
Politoloq Zəfər Quliyev vəfat etdi
Tanınmış politoloq, “El” Hərəkatının Təşkilat Komitəsinin üzvü Zəfər Quliyev 62 yaşında vəfat edib.AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya “Yeni Müsavat” qəzetinin baş redaktoru, mərhumun yaxın dostu Rauf Arifoğlu məlumat verib.

R. Arifoğlu bildirib ki, Z. Quliyev səhhəti ilə əlaqədar əməliyyat olunmaq üçün Gürcüstana yola salınmışdı: “Tiflisdə həkimlər ona əməliyyatın riskli olduğunu bildirərək Bakıya dönməyi tövsiyə ediblər. Mən dünən özü ilə əlaqə saxladım və bu əməliyyata girməsini tövsiyə etdim. Bu barədə özü qərar verməli idi. Ancaq o, bu gün səhər ürək damarlarının tıxanması səbəbindən dünyasını dəyişib...”

XƏBƏR LENTİ