16:37 Cümə Axşamı, 15 Noyabr 2018
SİYASƏT

Polşalı şirkət rəhbəri Azərbaycanın “qara siyahı”sından çıxarıldı

20:52, 02.11.20184339
Polşalı şirkət rəhbəri Azərbaycanın “qara siyahı”sından çıxarıldı
Polşa Respublikasının vətəndaşı,  "Publicis Sp. Z.o.o.” şirkətinin rəhbəri Mateuş Lisovski Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Xarici İşlər Nazirliyindən AZXEBER.COM-a məlumat verilib.

O, məktubunda  Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini bildirib.

Ermənistan vasitəsilə ölkəmizin ərazilərinə səfərinin niyyətli olmadığını və bu səfərin nəticələrindən məlumatsız olduğunu qeyd edib.

Daha sonra, M.Lisovski uzunmüddətli münaqişənin nəticəsindən başqa bir şey olmayan Azərbaycanın ərazilərinə səfərinin heç bir halda bu bölgədə yaradılmış qanunsuz rejimin təşviqinə xidmət etmədiyini xüsusilə vurğulayıb.

Azərbaycan hökumətindən və xalqından icazəsiz səfərinə görə üzr istəyən M.Lisovski gələcəkdə belə səfərlərdən çəkinəcəyini, adının "Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını və ölkəmizə səfər üçün müvafiq icazəsinin verilməsini xahiş edib.

M.Lisovskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
XƏBƏR LENTİ