14:01 şənbə, 25 May 2019
Maqazin

Prezident 3 xalq artistinə ev hədiyyə etdi

15:05, 18.03.20192876
Prezident 3 xalq artistinə ev hədiyyə etdi

Prezident İlham Əliyev bir müddət əvvəl üç xalq artistinə ev hədiyyə edib.

AZXEBER.COM Bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə saytımıza açıqlamasında xalq artisti Ağaxan Salmanlı məlumat verib. Xalq artisti qeyd edib ki, ev alanlar siyahısında özü, xalq artisti Səidə Quliyeva və xalq artisti Yasin Qarayev də var. Ağaxan Salmanlı saytımıza açıqlamasında bildirib ki, evi prezidnet özü onlara hədiyyə edib.

Ağaxan Salmanlıhttps://www.bizimyol.info/az/wp-content/uploads/2019/03/Capture-14-310x205.jpg 310w" sizes="(max-width: 527px) 100vw, 527px" style="padding: 0px; margin: 0px; outline: none; list-style: none; border-width: 0px; border-style: initial; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; opacity: 1; transition: all 0.4s ease-in-out 0s;" />
Ağaxan Salmanlı

"Biz özümüz ev istəməmişdik. Düzdür, çox böyük ehtiyacımız var idi, amma istəməmişdik. Bizə prezident təqaüdü veriləndən sonra, Bakı şəhər Icra Hakimiyyətinə dəvət etdilər və hardan istəyirik, ordan da ev veriləcəyini bildirdilər.”

"Evi xeyli müddətdir veriblər.Hazırda mən həmin evdə yaşayıram. Səiqə Quliyeva da qonşumdu. Bizim evimiz Nizami rayonu "Qara Qarayev” metrosunun üstündə, Yasin Qarayevin evi isə avtovağzalın yanındadır. Allah prezidentimizi qorusun. O mədəniyyət adamlarına yaxşı baxır. Təşəkkürümü bildirirəm.”

Əjdər Həmidov
Əjdər Həmidov

Qeyd edək ki, bir qədər əvvəl xalq artisti Əjdər Həmidov da mətbuata açıqlamasında prezident lham Əliyevin ona ev verdiyini bildirmişdi.

XƏBƏR LENTİ