02:01 Bazar Ertəsi, 27 Yanvar 2020
SOSİAL

Prezident: "Biz indi Xəzərdə ən böyük donanmaya malikik"

21:37, 13.12.20193442
Prezident:
"Bakı gəmiqayırma zavodunu Azərbaycan özü sifarişlərlə təmin edəcək.”
 
AZXEBE3.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan ilk neft tankerinin istismara verilməsi və "Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində deyib.

"Ancaq çalışın, qonşu ölkələrə də bu xidmətləri göstərə bilək ki, daha çox pul qazanaq”, - Prezident bildirib.

Dövlət başçısı həmçinin əlavə edib ki, indi Azərbaycan Xəzərdə ən böyük donanmaya malik ölkədir. 

"Biz indi Xəzərdə ən böyük donanmaya malikik, 200-dən çox gəmimiz var və indi yeni gəmilər də istismara verilir. Gəmilərin sayı artacaq", - deyə dövlət başçısı qeyd edib.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ