Prezident: “Biz torpaqlarımızı nəyin bahasına olsa, qaytaracağıq”

Prezident: “Biz torpaqlarımızı nəyin bahasına olsa, qaytaracağıq”
SİYASƏT
10:55 27.10.2020
859
"Bilirsiniz, bu bir ay ərzində mən, demək olar ki, hər gün xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə ünsiyyətdə oluram və Azərbaycan xalqına öz müraciətlərimdə bizim mövqeyimizi həmişə dəqiq şərh edirəm.

Biz Qarabağ regionunun, – təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ Azərbaycanın böyük bir hissəsidir, - gələcəyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimi görürük. Bizim mövqeyimiz bundan ibarətdir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın "Rai-1” televiziya kanalına müsahibəsində "Cənab Prezident, ən sonuncu sual: bir ildən sonra biz bu münaqişədə hansı səviyyədə olacağıq? Münaqişənin həlli olacaqmı? Yoxsa bu, münaqişənin həlli olacaq?” sualının cavabında deyib.

"Hesab edirəm ki, tərəflərin qarşılıqlı xoş məramı olsa, buna nail olmaq mümkündür. Ona görə ki, axı bu gün Bakıda və Azərbaycanın digər şəhərlərində minlərlə erməni yaşayır.

Həm Rusiyada, həm də Gürcüstanda azərbaycanlılar və ermənilər biznesə malikdirlər, qarışıq ailələr var. Buna görə də düşünürəm ki, barışıq mümkündür, sadəcə Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir.

Əgər belə olsa, biz öz investisiyalarımızla və ölkənin yenidən qurulması üzrə təcrübəmizlə bu regionu dünyanın ən firavan regionlarından birinə çevirə bilərik. Lakin bundan ötrü müharibənin nəticələri aradan qaldırılmalıdır”, - deyə İ.Əliyev bildirib.

Prezident qeyd edib ki, işğal aradan qaldırılmalıdır, azərbaycanlılar əsrlər boyu yaşadıqları torpaqlara qayıtmalı və erməni əhali ilə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar:

"Bu, asan olmayacaq, buna vaxt lazım gələcək. Lakin Avropa ölkələrinin vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə barışdığını bilirik – bugünkü qonşular o vaxt çox insanı qətlə yetiriblər. Lakin bu, daim yaddaşda yer tutmamalı, nifrət doğurmamalıdır. Erməni ideoloqları bu gün bununla məşğuldurlar.

Xoş məram göstərilməlidir. Əgər belə olsa, mənim dediyim olacaq. Əgər olmasa, biz hər bir halda bu torpaqları qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qaytaracağıq.

Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tbilisidə iğtişaşlarla bağlı saxlanılanların sayı 44-ə çatıb
01:36 10.10.2025
Tbilisidə iğtişaşlarla bağlı saxlanılanların sayı 44-ə çatıb
Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO
00:45 10.10.2025
Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
00:04 10.10.2025
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
Gəncədə itkin düşən məktəbli tapılıb
23:47 09.10.2025
Gəncədə itkin düşən məktəbli tapılıb
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
23:44 09.10.2025
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
23:35 09.10.2025
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
23:29 09.10.2025
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
23:13 09.10.2025
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
22:57 09.10.2025
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
22:40 09.10.2025
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
22:28 09.10.2025
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
22:15 09.10.2025
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
21:55 09.10.2025
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
21:48 09.10.2025
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
21:46 09.10.2025
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü
21:29 09.10.2025
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü