Prezident bu agentliyə 11,8 milyon ayırdı - SƏRƏNCAM

Prezident bu agentliyə 11,8 milyon ayırdı - SƏRƏNCAM
İQTİSADİYYAT
17:42 05.12.2019
4676
Prezident İlham Əliyev "Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncamla Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,8 milyon (on bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
OXŞAR XƏBƏRLƏR