12:34 Bazar Günü, 18 Noyabr 2018
SOSİAL

“Prezident bunu eşidəndə bərk qəzəblənmişdi” - Şeyx

12:53, 15.05.20187064
“Prezident bunu eşidəndə bərk qəzəblənmişdi” - Şeyx
"Azərbaycan prezidenti Bakıdakı Hacı Cavad məscidinin sökülməsinin əleyhinə olub, eşidəndə ki, ora sökülüb, bərk qəzəblənmişdi”.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

A. Paşazadə qeyd edib ki, prezidentin göstərişi ilə başqa yerdə dərhal yeni məscidin tikintisinə başlanılıb: "Çox şükür ki, Hacı Cavad məscidi bizə qaytarıldı. Prezidentimizə buna görə bütün dindarlar adından çox təşəkkür edirəm. Çünki məscidi sökmək olmaz, ora sınıq-salxaq olsa belə, sökmək olmaz. Şükür ki, prezidentimiz Hacı Cavad məscidini daha gözəl və geniş formada tikdirib dindarlara təhvil verdi”.

XƏBƏR LENTİ