19:36 Bazar Günü, 24 Mart 2019
SOSİAL

Prezident Harvard məzununa yeni vəzifə verdi

15:50, 19.02.20193959
Prezident Harvard məzununa yeni vəzifə verdi

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinə Fərid Şəfiyevi sədr təyin edib.

AZXEBER.COM xəbər verir ki. "Qafqazinfo" F. Şəfiyevlə bağlı bəzi məlumatlar əldə edib. O, 1969-cu ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2002-2003-cü illərdə Harvard Universiteti, Kennedi Dövlət Məktəbinin dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. 2009-2015-ci illərdə Karlton Universitetində tarix üzrə elmlər doktoru (PhD) dərəcəsini alıb.

 

1996-cı ildən XİN sistemində işləyir. 1998-2001-ci illərdə Azərbaycanın BMT yanında Nümayəndəliyində çalışıb. 2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-cü ildən bu günə qədər isə Çexiyada səfiri işləyib.

F.Şəfiyev Azərbaycan, İngilis, Rus, Türk dillərini sərbəst, Fransız və Çex dillərini orta səviyyədə bilir.

XƏBƏR LENTİ