19:18 şənbə, 21 Aprel 2018
FOTOSESSİYA

Prezident İlham Əliyev bilyard oynadı - FOTOLAR

14:40, 14.05.20142895
Prezident İlham Əliyev bilyard oynadı - FOTOLAR
AZXEBER.COM xəbər verir ki, mayın 14-də Şamaxı rayonunun Şərədil kəndində beşulduzlu “Şamaxi Palace Platinum By Rixos” otelinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir. Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, altımərtəbəli otel 102 otaqdan ibarətdir. Otaqlardan 82-si “Delux”, 9-u “Suite”, 8-i “King-suite”, 3-ü isə “Presidential suite”dir. Burada 450 nəfərlik şadlıq sarayı, 2 restoran, 8 bar, 200 nəfərlik konfrans zalı, 30 nəfərlik toplantı otağı, anfiteatr, lüks gecə klubu, uşaq əyləncə guşəsi, “SPA” mərkəzi və s. vardır.
Prezident otelin kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
0
XƏBƏR LENTİ