10:35 Cümə, 27 Aprel 2018
SİYASƏT

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

22:10, 16.04.20177740
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
Aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
 
AZXEBER.COM Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, İlham Əliyev Türkiyə Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi və əhalinin çoxluğunun bu dəyişikliklərə səs verməsi münasibətilə Türkiyə Prezidentini və xalqını təbrik edib, referendumun nəticələrini xalqın Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə verdiyi böyük dəstək kimi qiymətləndirib. Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.
 
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
0
XƏBƏR LENTİ