03:51 Bazar Ertəsi, 22 Oktyabr 2018
SİYASƏT

Prezident institut binasının açılışında

12:55, 16.05.20184696
Prezident institut binasının açılışında
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib.
 
AZXEBER.COM-un məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına məlumat verib ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var.

Bina ilə tanışlıqdan sonra prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
XƏBƏR LENTİ