03:20 Bazar Günü, 22 Aprel 2018
GƏNCLİK

Prezident seçkiləri ilə bağlı Şəki şəhərində gənclərlə görüş keçirilib

22:07, 16.03.20181402
Prezident seçkiləri ilə bağlı Şəki şəhərində gənclərlə görüş keçirilib

Mart ayının 15-də Şəki şəhərində ilk dəfə səs verən gənclərin ümumşəhər toplantısı keçirilib. Şəki şəhər İcra Hakimiyyəti, Şəki şəhər Gənclər və İdman İdarəsi və Dairə Seçki Komissiyalarının birgə təşkilatçılığı ilə baş tutan görüşdə Şəkidə yaşayan və təhsil alan gənclər, tələbələr və 18 yaşı yenicə tamam olmuş şəhər sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov Azərbaycanda gənclər siyasətinə böyük önəm verildiyini, gənclərin günü-gündən ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynadığını, regionlarda da gənclərin fəallığının, məşğulluğunun təmin edilməsinin diqqət mərkəzində olduğunu vurğulayıb. Toplantının əsas məqsədinin ilk dəfə səs verəcək gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi olduğunu deyən Vüqar İskəndərov gənclərin seçkilərdə aktiv iştirakını, dövlət quruculuğu və digər sahələrin inkişafına töhfə verməsini əsas prioritet olaraq elan edib.

 

Daha sonra Şəki şəhərində yerləşən 113 saylı Şəki şəhər seçki dairəsinin sədri Rəhman Qədirzadə, 114 saylı Şəki kənd I seçki dairəsinin sədri Məharət Məmmədov və 115 saylı Şəki kənd II seçki dairəsinin sədri Rasim Əzizov çıxış edərək 11 Aprel tarixində keçiriləcək Prezident seçkiləri zamanı ilk dəfə səs verəcək gənclərə zəruri prosedur qaydalarını izah ediblər və gəncləri maraqlandıran sualları cavablandırıblar.

Daha sonra Şəki rayon Ağsaqqallar Şurasının sədri Mustafa Əhmədov, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, "İrəli” İctimai Birliyinin sədri Mirşahin Seyidov, "Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı” İctimai Birliyinin sədri Lalə Mehdiyeva, ARGTMŞ-nın nümayəndəsi Samir Mehralıyev, hüquq müdafiəçisi Əhməd Şahidov və digərləri çıxış edərək, 11 Aprel tarixində keçiriləcək Prezident seçkilərində iştirakın zəruriliyini qeyd ediblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 


 
 


0
XƏBƏR LENTİ