07:07 Bazar Ertəsi, 20 May 2019
SİYASƏT

Prezidentin əhalidən əlbəəl aldığı məktublarda nə yazılıb?

15:10, 09.03.20192945
Prezidentin əhalidən əlbəəl aldığı məktublarda nə yazılıb?

"Hər bir dövlət qulluqçusunun qarşısında vəzifə qoyulub ki, vətəndaşlar arasında olsunlar. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərlərində, o cümlədən Şamaxı və Ağsuda zəlzələdən zərər çəkmiş insanların problemləri ilə maraqlanması bunun bariz nümunəsidir”.

AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bildirib.

Prezident Administrasiyasının rəsmisi Şamaxı və Ağsuda əhali tərəfindən dövlət başçısına təqdim olunan məktublarla bağlı da məlumat verib:

Şamaxıda və Ağsuda əhali ilə keçirilən görüşlərdə dövlətimizin başçısına təqdim olunan məktubların hamısı nəzarətə götürülüb. Bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq”. 

Nağdəliyev qeyd edib ki, həmin məktubların mütləq əksəriyyətində yeni evlər istənilir: "Ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticəsidir ki, müraciət edən vətəndaşlar dövlətimizin başçısından hazır ev istəyirlər. Dünyanın heç bir yerində belə təcrübə yoxdur, evlər sığortalanır, dövlət bu qayğıdan kənarda qalır. Amma Azərbaycan bu siyasətlə də öndədir. Çünki Prezidentimizin dediyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Zeynal Nağdəliyev əlavə edib ki, digər məktublar isə iş problemi və sosial qayğı ilə bağlıdır. Onların hər biri ciddi nəzarətə götürülüb.

XƏBƏR LENTİ