Prezidentin tapşırıqlarına əməl etməyən icra başçıları – Bu məmurlar ilin sonuna kimi yola salınır

14 İyul 2017, 16:33
AAA

Prezident İlham Əliyev iyulun 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində yaxın aylarda komandada ciddi kadr islahatlarının başlayacağı barədə xəbərdarlıq edib. Prezident çıxışında ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışıb, bu məsələdə təkcə mərkəzi icra orqanlarının deyil, yerli icra orqanlarının da üzərinə məsuliyyətin qoyulduğunu xatırladıb.

Prezident çıxışında deyib:"Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var”.


İlham Əliyev onu da bildirib ki, bəzi hallarda yerli icra orqanları investorlara kömək etmək əvəzinə problemlər yaradırlar, nəticədə özəl investisiyalar iqtisadiyyatdan yayınır."Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”, deyə, prezident xəbərdarlıq edib.

AZXEBER.COM olaraq apardığımız araşdırmada məlum oldu ki, son illər ölkəmizin bir çox bölgələrində xüsusən də Şimal rayonlarında çoxlu sayda otel kompleksləri inşa edilir. Xüsən, Qəbələ, Quba, Şamaxı kimi rayonlarda turizm potensialından nisbətən aktiv istifadə edilir və əcnəbilərin bura gəlişi təmin edilir.

Eyni turizm potensialı Cənub bölgələrində olsa da, buraya hansısa turist axınının olduğunu demək olmaz.

Rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək və eyni zamanda dövlətdən olan maliyyə asılılığını azaltmaq istiqamətində rayonların bir çoxu iş görə bilmir.

Masallı rayonun icra başçısı Rafil Heseynov da bu qəbildən olan məmurlardandır. Masallının yerli və xarici tursitləri cəlb etmək üçün münbit şəraiti olsa da, rayonda turizm sahəsində heç bir yenilikdən danışmaq olmaz.


Rayonda istifadədə olan iaşə obyektlərinin, otellərin və istirahət mərkəzlərinin böyük əksəriyyəti rayondakı yüksək çinli məmurların, ya da icra başçısına yaxın adamlarındır. Xarici investorların rayona cəlb edilməsi sahəsində R.Hüseynovun heç bir iş görmədiyini demək olar. Bundan başqa ötən il icra başçısının oğlunun öz dostları ilə birlikdə Bakıdakı avtosalonların birinə hücum çəkərək dava salması da onun bu çətin sınaqdan çıxa bilməyəcəyini deməyə əsas verir.

Tarixi, mədəniyyəti zəngin olan və xarici turstlər üçün əvəzolunmaz yerlərdən biri hesab edilməli olan şəhərlərin başında Lənkəran gəlir. Taleh Qaraşovun illərdir rəhbərlik etdiyi şəhərdə bütün bu sadalanlara baxmayaraq turizmdən danışmaq olmur. Şəhərdə Beynəlxaql Hava Limanı açılsa da, hansısa bir xarici investorun Lənkərana ayaq basdığını görən olmayıb.


Dövlətdən ayrılan dotasiyalar hesabına ayaqda qalan Lənkəranda, turizm adı altında işlər kasaddır. Şəhərdə olan ticarət mərkəzləri və istirahət mərkəzləri yüksək rütbəli məmurlarındır. T.Qaraşovun da dekbarın 15-nə kimi adının "qara siyahı”da olacağını demək olar.

Cənub rayonlarından söz düşmüşkən Yardımlını da unutmaq olmaz. Bura da xarici turistlərin gəlməsi üçün cəlbedici təbiətə sahib olsa da, rayonda inkişaf adı altında heçnənin adını çəkmək olmur. Rayonun icra başçısı Ayaz Əsgərov da qardaşı, keçmiş dəmiryolçu Asif Əsgərov kimi "gözəgörünməz” olmaq qərarına gəlib.


Cavid Qurbanovun birbaşa dilindən Asif Əsgərovun illərdir Dövlət Dəmiryollarında apardığı talançılıq fəaliyyəti haqqında məlumatların yayılması onun qardaşı Ayaz Əsgərovun yola salınması üçün əsas səbəblərin başında gəlir. Onun fəaliyyətsizliyi isə bu faktın altından xətt çəkmək üçün yetərli səbəbdir.

Bütün bunlarla bərabər, haqqında çoxlu sayda şikayətlər yazılan icra başçılarından biri hesab olunan Mahir Quliyevin də ilin sonuna kimi yola salınacağını gözləmək olar.


Biləsuvarda kənd təsərrüfatı və heyvandarlıq sahəsində heç bir irəliləyişin olmaması, rayondakı bütün məmurların dövlətin ayırdığı dotasiyaya göz tikməsi onun üçün də yolun sonunun gəldiyini deməyə əsas verir. İcra başçısının adının da prezidentin önünə qoyulacaq "fəaliyyətsiz məmurlar” siyahısında olacağına şüphə yoxdur.

Araşdırmamız davam edəcək...

 

AZXEBER.COM


Oxunma sayı : 7932

SON XƏBƏRLƏR
Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanıldılar - 25 Sentyabr 2017, 15:21
BP-nin Bakıdakı baş ofisində tüstülənmə - bütün işçilər təxliyyə olundu - 25 Sentyabr 2017, 15:01
Səbinə "Son dəfə" oxudu - VİDEO - 25 Sentyabr 2017, 14:52
Bakıda 100-dən çox gey niyə həbs olunub? - DİN açıqladı - 25 Sentyabr 2017, 14:40
Milli Qəhrəmanın adını daşıyan məktəbin ərazisini satdılar – Cəlilabadda özbaşınalıq (VİDEO) - 25 Sentyabr 2017, 14:38
Meyxanaçı Namiq Mənaya vəzifə verildi - 25 Sentyabr 2017, 14:37
“Qarabağ” - “Roma” oyununun hakimləri bəlli oldu - 25 Sentyabr 2017, 14:17
Ərinin ağız qoxusuna dözə bilməyən qadından qəribə hərəkət - 25 Sentyabr 2017, 14:04
"İllərimizi aldız, aldadıldıq, istismar olunduq" - Əli Kərimlinin ən yaxın adamı - 25 Sentyabr 2017, 14:04
"Qəbələ"də nə baş verir? Futbolçular meydana dava etdi - VİDEO - 25 Sentyabr 2017, 14:00
“Qayınanam ailəmi dağıtdı və bu sənətə gəldim” - Elza Seyidcahan - 25 Sentyabr 2017, 13:52
Gəncədə dəhşətli hadisə - Qadın ərinin gözü qarşısında can verdi - 25 Sentyabr 2017, 13:49
“AAAF Park”la bağlı qalmaqala - Nazirlikdən reaksiya - 25 Sentyabr 2017, 13:47
Məleykə Əsədova: "Evdə yemək bişirmirəm, yemək iyi gələndə qapını bağlayıram" - 25 Sentyabr 2017, 13:38
Narkotik oğurlayarkən güllələndi - Yevlaxda silahlı insident - 25 Sentyabr 2017, 13:33
Azərbaycanda ömürlük məhbuslara güzəşt tətbiq ediləcək - 25 Sentyabr 2017, 13:24
Məhərrəmlikdə oğluna toy edən Manaf Ağayevin yalanı üzə çıxdı - 25 Sentyabr 2017, 13:16
Azərbaycanın ali məktəblərində təhsil alan 2500-dən çox gənc bu il diplom ala bilmədi - 25 Sentyabr 2017, 13:10
Temperatur aşağı düşəcək - Yağış yağacaq - 25 Sentyabr 2017, 12:50
Azərbaycanda narkomanlar həbs edilməyəcək - Yeni qanun - 25 Sentyabr 2017, 12:44
Azərbaycan ərasizində erməni radiosu yayımlanır - VİDEO - 25 Sentyabr 2017, 12:40
Qənirə Paşayeva Kırşehir Kitab Fuarının açılışında Azərbaycandan danışdı - 25 Sentyabr 2017, 12:27
6 yaşlı azərbaycanlı Rusiyanı heyrətləndirdi - VİDEO - 25 Sentyabr 2017, 12:17
5 saylı Kliniki Xəstəxanasının baş həkimi vəfat etdi - 25 Sentyabr 2017, 12:05
Azərbaycanda 12 yaşında zorlanan qız danışdı: “Məktəbin ayaqyolusunda…” – VİDEO - 25 Sentyabr 2017, 11:50
Sabunçudakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi – FOTO - 25 Sentyabr 2017, 11:40
Türkiyə İraqla sərhədi bağladı - 25 Sentyabr 2017, 11:34
Bakıda transseksuallara qarşı niyə əməliyyat keçirilir? - Nazirlik səbəb açıqladı - 25 Sentyabr 2017, 11:25
Tanınmış həkim-kosmetoloq Elnarə Rzayevadan 3 möhtəşəm maska - EVDƏ PULSUZ GÖZƏLLƏŞİN (VİDEO) - 25 Sentyabr 2017, 10:54
Bu ərazilərdə su olmayacaq - DİQQƏT - 25 Sentyabr 2017, 10:52
11 yaşlı qızı zorlayan azərbaycanlı həbs edildi - 25 Sentyabr 2017, 10:46
Bakıda 48 yaşlı kişi özünü turnikdən asdı - 25 Sentyabr 2017, 10:22
Akif Əlinin Lütfi Zadəni təhqir etməsinin ilginc səbəbləri - VİDEO - 25 Sentyabr 2017, 10:19
Ordumuz iriçaplı pulemyotlardan atəşə tutuldu - 25 Sentyabr 2017, 09:44
Elza tənqid olunduğu müsabiqədən getdi - 25 Sentyabr 2017, 09:38
Bakı metrosunda cinayət — Girişdə gənc oğlanı bıçaqladılar + FOTO - 25 Sentyabr 2017, 09:26
Zaqatalada meşə yanğını söndürülüb - 25 Sentyabr 2017, 09:13
Neft ucuzlaşıb - 25 Sentyabr 2017, 09:02
Türkiyədə silkələndi - 24 Sentyabr 2017, 21:33
İmişlidə iki avtomobil toqquşub - 24 Sentyabr 2017, 16:42
Erməni deputatlar Bakını gəzdilər - Fotolar - 24 Sentyabr 2017, 16:14
22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı - 24 Sentyabr 2017, 15:45
"Həmişə mənə nümunəsən" - qızından Aygünə - 24 Sentyabr 2017, 15:09
Bakıda telekanal rəhbəri türkiyəli aparıcı ilə evləndi - Fotolar - 24 Sentyabr 2017, 14:19
Bakıda gecə klubunda 24 yaşlı qızı döydülər - 24 Sentyabr 2017, 13:33
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10