19:05 Cümə Axşamı, 14 Dekabr 2017
Maqazin

Prodüser Tolikə vəzifə verildi

16:15, 24.11.20171146
Prodüser Tolikə vəzifə verildi

Prodüser Tolik (Tarix Əliyev) Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının konsertlərinin təşkilatçısı vəzifəsinə təyin edilib.

 

AZXEBER.COM-un məlumatına görə, bu barədə Tolikin özü bildirib: "15 illik prodüserlik fəaliyyətimdə heç bir dövlət idarəsində işləməmişəm, yalnız fərdi çalışmışam. Bu gün iş həyatımda çox ciddi qərar qəbul edildi. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının konsertlərinin təşkilatçısı vəzifəsinə təyin edildim. Gəncədə yeni inşa edilmiş möhtəşəm Filarmoniyada məni rəsmi şəkildə işə götürdüyü üçün Filarmoniyanın direktoru, xalq artisti Samir Cəfərova təşəkkür edirəm.

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə mənə görə çox doğmadır. Düz 6 ildir ki, ölkəmiz üçün əlamətdar olan bayramlarda mən Gəncədə təşkil olunan xalq konsertlərinin təşkilatçısı olmuşam. Bu sırada tanınmış ulduzlar - Hadisə, Mustafa Ceceli, Ferhat Göçer, Aleksandra Stan, İnqrid, eləcə də öz məşhurlarımız, xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Aygün Kazımova, əməkdar aristlər - Natiq Şirinov, Röya Ayxan və başqalarının adını çəkə bilərəm. Gəncə ötən il "Avropa Gənclər Paytaxtı" seçiləndə də bu mötəbər hadisənin konsert təşkilatçılığı mənə həvalə olunmuşdu. Gəncə Dövlət Filarmoniyasında uğurlu tədbirlər ərsəyə gətirəcəyimizə inanıram. Əməyimin bəhrəsi kimi dövlət müəsisəsində ştata götürüldüm. Prodüser kimi bir ilkə imza atmaq yenə mənə nəsib oldu”.

0
XƏBƏR LENTİ