23:11 çərşənbə, 19 Sentyabr 2018
KRİMİNAL

Prokuror Bakıda "qanuni oğru"nun qardaşına cəza istəyib

17:49, 12.09.20184727
Prokuror Bakıda
Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Rafət Əlibayramski" kimi tanınan "qanuni oğru" Rafət Əmirovun qardaşı Rüfət Əmirov və onunla ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

AZXEBER.COM-un report-a istinadən xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Orxan Kəngərli çıxışında Kamil Əmirovun 14 il, Rüfət Əmirovla Rüfət Kərimovun hər birinin 13 il, Elvin Hüseynovun 12 il, İsmayıl İbrahimovun isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd "Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib.

R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 29, 144-cü (adam oğurluğuna cəhd) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışda olub.

Daha sonra onun barəsində aparılam istintaq dövründə onunla cinayət iştirak etməkdə şübhəli bilinən Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 29, 144-cü (adam oğurluğuna cəhd), 234-cü (qanunsuz narkotik maddəsi), 228-ci (qanunsuz silah gəzdirmə) maddələri ilə ittiham verilib.

Xatırladaq ki, Rüfət Əmirov "Rafet Əlibayramlinski” kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşıdır. "Rafət Əlibayramlinski” və qardaşı Rüfət Əmirov "Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.
XƏBƏR LENTİ