Prokuror rabitəçilərə cəza tələb elədi - 100 İL

19 May 2017, 13:29
AAA
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məkhəmə prosesinə davam edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesdə məhkəmə istintaqı başa çatıb.
 
Söz dövlət ittihamçısı Fərid Nağıyevə verilib.
 
Prokuror çıxışında nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalova 14 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova 15 il, BTRİB-in baş mühasibi Anar Mustafayevə 8 il, "Optik Qurğular İdarəsi" MMC-in rəhbəri Emin Məmmədova və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova 12 il, "Azərpoçt" sabiq direktoru Qəmbər Bəybalayevə 10 il cəza istəyib.
 
Həmçinin prokuror digər təqsirləndirilən şəxslər - "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevə, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin mühasibi Səhrab Hümbətova "Aztelekom"MMC-in direktoru Məhəmməd Məmmədov, "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova , "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərovun hər birinin barəsində  5  il 11 ay cəza istəyib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) tədbiq edilsin və 3 sınaq müddəti seçilməsini tələb edib.
 
Dövlət ittihamçısı çıxışında onu da qeyd edib ki, təqsirləndirilən şəxslərin hər biri 3 il qulluq və vəzifə tutmaqdan məhrum edilməlidir.
 
Prokuror bildirib ki, ziyanı ödəməyən təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş  əmlaklar dövlətə dəymiş ziyan ödənilməsinə yönəldilsin.
 
Proses mayın 24-də davam edəcək.
 
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib 
 
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
 
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
///lent.az

Oxunma sayı : 3155

Loading...
SON XƏBƏRLƏR
Azərbaycanlı SEPAH-çı qızının gözü önündə güllələndi - 28 İyun 2017, 16:18
Azərbaycanlı avtoriteti döydürən “oğru”lar ələ keçdi - ƏMƏLİYYAT - 28 İyun 2017, 15:48
22 yaşlı Leylanın ölümünə səbəb olan əməliyyat: LİPOSAKSİYANIN TƏHLÜKƏLƏRİ - 28 İyun 2017, 15:48
13 yaşlı oğlana tamah salan 44 yaşlı kişi tutuldu - 28 İyun 2017, 15:47
General Hüseyn Rəsulbəyovun adı əbədiləşdirilir - 28 İyun 2017, 15:08
Elza Seyidcahan özünə eşşək dedi: "Hamı bizə bənzəsin" - 28 İyun 2017, 14:54
Müdafiə Nazirliyindən ordumuzun 8 nəfər itki verməsi barədə fikirlərə - Münasibət - 28 İyun 2017, 14:43
AzTV-də özünü alman turist kimi təqdim edən İbrahimin atası danışdı: Oğluma görə çox narahatam - 28 İyun 2017, 14:35
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ - 28 İyun 2017, 14:25
Bazarda yer üstündə atışma: bir azərbaycanlı yaralandı, digəri tutuldu - 28 İyun 2017, 14:02
Aynişan əməliyyat olundu - FOTOLAR - 28 İyun 2017, 13:45
Müsavatın saxta vəsiqəsi ilə mühacirətə gedən şəxs barəsində axtarış elan olunub - 28 İyun 2017, 13:29
Rusiyada iki azərbaycanlı həbsdən qaçdı - TƏHLÜKƏ XƏBƏRDARLIĞI - 28 İyun 2017, 13:25
2 uşaq dərmandan, 2 nəfər isə spirtli içkidən zəhərləndi - 28 İyun 2017, 13:10
Ailəsi 22 yaşlı Leylanın ölümündə gizlədilən faktları açdı: "Əməliyyatın pulunu geri qaytarıb dedilər ki..." - 28 İyun 2017, 12:51
Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar - 28 İyun 2017, 12:31
İntihara cəhd edən gəlinin dayısını maşınla vurdular - Salyanda dram - 28 İyun 2017, 12:28
Sonuncu buraxılış imtahanında 60 minə yaxın şagird iştirak edəcək - 28 İyun 2017, 12:24
Azərbaycanın ən qalmaqallı kosmetoloqu vəzifəli şəxsin həyat yoldaşını ölümdən xilas etdi - FOTOLAR - 28 İyun 2017, 12:03
Könül Xasıyeva uzun fasilədən sonra səhnədə - video - 28 İyun 2017, 11:42
Zakir Həsənov NATO-nin toplantısında iştirak edəcək - 28 İyun 2017, 11:38
Qızıl bahalaşdı - 28 İyun 2017, 11:17
Xalq artisti "Afaq Bəşirqızı qələt edir..." - 28 İyun 2017, 11:10
Bakıda qadın kişini polisin gözü qarşısında yerə sərdi: "Mən "işverən" deyiləm" - VİDEO - 28 İyun 2017, 10:55
İstirahət və bayram günləri yol qəzalarında 10 nəfər ölüb - 28 İyun 2017, 10:45
“İş adamları problemlərin həllində fəal olmalıdırlar” - Mehriban Əliyeva - 28 İyun 2017, 10:21
Telekommunikasiya şirkəti Bakı Metropolitenini məhkəməyə verib - 28 İyun 2017, 10:03
"Otellərdə bir dənə də boş yer yox idi" - Nazir - 28 İyun 2017, 09:59
Ermənilər iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə atəşkəsi pozub - 28 İyun 2017, 09:35
Türkiyədə 3 hərbçi şəhid olub - 27 İyun 2017, 21:00
Azərbaycanda şirkət rəhbəri və telekanal əməkdaşı öldü: Dəhşətli qəza - 27 İyun 2017, 20:42
Əməkdar artist Həcc ziyarətindən qayıtdı - fotolar - 27 İyun 2017, 20:36
Şəkidə 81 yaşlı kişi ağacdan yıxılıb - 27 İyun 2017, 20:00
Masazırda məcburi köçkünlərə yeni mənzillər verilib - 27 İyun 2017, 18:50
Avropada yeni terror hədələri - 27 İyun 2017, 18:16
Məlahət Abbasova: "Atamın şilləsini yemişəm" - video - 27 İyun 2017, 17:43
“Formula-1” ilə bağlı 18 marşrutda edilən dəyişiklik ləğv olunub - 27 İyun 2017, 17:41
"WhatsApp"da göndərilən faylların həcmi artırılır - 27 İyun 2017, 17:31
Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib - 27 İyun 2017, 17:10
Bakı-Qazax yolunda baş verən dəhşətli qəzanın - FOTOLARI - 27 İyun 2017, 16:50
Qadın həbsxanasında biabırçılıq - FOTO - 27 İyun 2017, 16:28
Qəndab Quliyeva dəfn olundu - fotolar - 27 İyun 2017, 15:53
Azərbaycan-Polşa sənədləri imzalanıb - 27 İyun 2017, 15:27
“Google” 2,4 mlrd. avro məbləğində cərimələnib - 27 İyun 2017, 15:09
“Show tv"də qonaq olan Damla hamını təəcübləndirdi- Video - 27 İyun 2017, 14:46
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10