06:07 Cümə, 22 Noyabr 2019
MƏDƏNİYYƏT

Proqnozlar doğrulur: Səbinə Babayeva finalda! - VİDEO

01:26, 14.01.20122277
Proqnozlar doğrulur: Səbinə Babayeva finalda! - VİDEO
Azərbaycanın “Eurovision-2012”dəki təmsilçisinin seçilməsi üçün milli seçim turlarının 7-ci həftəsinin qalibi seçilib. APA-nın məlumatına görə, bu həftənin qalibi “Eurovision-2012”də Azərbaycanın adından çıxış etməyə iddialı olan Səbinə Babayeva olub. İctimai Teleradionun canlı efirində Azərbaycanı 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsində təmsil etmək istəyən 9 nəfər 5 gün müddətində yarışıb. İştirakçılar bu müddət ərzində öz perfomanslarını tamaşaçılar və münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Həm münsif üzvlərinin, həm də tamaşaçıların səsverməsi ilə Adil Baxışlı həftənin birincisi olub. Həftənin 2-si Ayla İdrisova,, 3-sü Xana Həsənova,, 4-sü Erkin Osmanlı, 5-si Kamran Abdullayev, 6-sı “Ad Gloriam" qrupu , 7-si Natiq Bağırov, 8-si Xəyal Tağıyev və 9-su Azər Səlimli olub.Ənənəyə sadiq olaraq bu həftənin də xüsusi qonaq müğənnisi olub. Qonaq qismində əməkdar artist Tünzalə Ağayeva iştirakçılara öz ifaları ilə dəstək olub: “Bu səhnədə xüsusi bir həyəcanlılıq var. Əminəm ki, Azərbaycan ən layiqlisi təmsilçisini seçəcək”. Sənətçi növbəti illərdə “Eurovision” səhnəsində çıxış etməyin də mümkünlüyünü vurğulayıb və Azərbaycan səhnəsində özünü çox yaxşı hiss etdiyini bildirib. Bu həftə yarımfinala vəsiqə qazanan Səbinə Babayeva ötən ilki seçimlərdə də iştirak etmişdi. Lakin o, növbəti mərhələyə vəsiqə qazanmamışdı.Qeyd edək ki, iştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstəriblər. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunur. Daha 1 həftənin qalibləri növbəti mərhələyə-yarımfinala vəsiqə qazanacaq. Artıq altı yarımfinalçı məlumdur. Onlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı və Səbinə Babayevadır. Finalda isə milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.Milli seçimlərin sonuncu canlı efiri yanvarın 23-dən başlayacaq. Gələn həftə milli seçimlərə fasilə veriləcək.
XƏBƏR LENTİ