06:44 çərşənbə Axşamı, 20 Avqust 2019
İDMAN

PSJ-də ciddi itki - "Mançester Yunayted"ə qarşı oynayacaq?

16:37, 08.02.20194364
PSJ-də ciddi itki -
PSJ klubu ciddi itkiylə üzləşib.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Marko Verratti zədələnib. Bu barədə komandanın baş məşqçisi Tomas Tuxel klubun saytına açıqlamasında deyib.

Tuxel, Verrattinin komandanın son məşqini tamamlaya bilmədiyini, həftəsonu Liqa 1-də "Bordo" ilə  keçiriləcək matçda iştirakının sual altında olduğunu bildirib.

Verrattinin Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Mançester Yunayted"lə matçda da iştirakı şübhəlidir.

Xatırladaq ki, PSJ-də Verrattidən əlavə, Neymar da zədəlidir. Braziliyalı futbolçunun aprel ayında yaşıl meydanlara qayıdacağı gözlənilir.
XƏBƏR LENTİ