07:19 çərşənbə, 19 Sentyabr 2018
İDMAN

PSJ-in əsas qapıçısı Buffon olmayacaq - Baş məşqçi açıqladı

16:00, 11.09.20181944
PSJ-in əsas qapıçısı Buffon olmayacaq - Baş məşqçi açıqladı
PSJ-nin təcrübəli qapıçısı Canluici Buffon bundan sonra ehtiyat oyunçular skamyasında daha çox oturacaq.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, baş məşqçi Tomas Tuxel yeni qapıçı Alfons Areolaya şans vermək niyyətindədir: "Hələlik, konkret qərar qəbul edilməyib. Amma Alfonsun əsas qolkiper olacağı aydındır. Onunla bu barədə danışmışam. Areola PSG-nin yetirməsidir. Qəlbi klubla döyünür. Bizə belələri lazımdır. Hesab edirəm ki, gənclərə imkan yatatmaq vacibdir".

Çempionatın ilk iki matçında PSJ-nin qapısını Buffon qoruyub. Sonrakı oyunlarda Areola start heyətində yer alıb. Buffon 2001-ci ildən bu ilin yay transferinə kimi "Yuventus"un forrmasını geyinib. Yayda Paris klubuna keçib.
XƏBƏR LENTİ