22:44 Cümə Axşamı, 23 May 2019
İDMAN

PSJ Mbappeni cəzalandırdı

20:52, 17.04.20194574
PSJ Mbappeni cəzalandırdı
PSJ-nin hücumçusu Kilian Mbappe "Nant"la Liqa1-in XXVIII turundan təxirə salınmış oyunu buraxacaq.

Səbəb heç də gənc forvardın zədəli olması deyil.

Məsələ burasındadı ki, Mbappe "Lill" ilə (1:5) qarşılaşmadan sonra komanda yoldaşlarını tənqid etmişdi. Onun xarakter nümayiş etdirmədiklərini deməsi baş məşqçi Tomas Tuxelin ürəyincə olmayıb. Üstəlik, futbolçunun oyun zamanı həvəskar davranması onun cəzalandırılmasına səbəb olub. Bu üzdən Mbappe "Nant"la bugünkü görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm 27 qolla Liqa1-də bombardirlər yarışına başçılıq edir.
 
///matc.az
XƏBƏR LENTİ