12:30 şənbə, 24 Fevral 2018
DÜNYA

Putin 2016-cı ildə daha az pul qazanıb

17:33, 14.04.2017332
Putin 2016-cı ildə daha az pul qazanıb

 

Rusiya prezidenti Vladimir Putin 2016-cı ildə 8,858 milyon rubl qazanıb, 2015-ci ildə isə bu göstərici 8,891 milyon rubldan ibarət idi. 

Bu barədə Kremlin saytında yerləşdirilmiş prezidentin əmlakı və gəlirlərinə dair deklarasiyada deyilir. 

Deklarasiyaya görə, Putinin sərəncamında 1500 kv.m sahəsi olan torpaq sahəsi, 77 kv.m mənzil və 18 kv.m qaraj var. 

Rusiya prezidenti, həmçinin öz deklarasiyasında iki "QAZ” (QAZ M21), bir "Niva” və bir "Skif” qoşqusu olduğunu qeyd edib. 


///Oxu.Az
0
XƏBƏR LENTİ