09:21 Bazar Günü, 27 May 2018
DÜNYA

Putinə qarşı 7 nəfər... - Siyahı

21:43, 08.02.2018916
Putinə qarşı 7 nəfər... - Siyahı

Rusiyada 18 martda keçiriləcək prezident seçkilərində Vladimir Putinin rəqibləri dəqiqləşib.

Rusiya Mərkəzi Seçki Komissiyası gələn ay keçiriləcək prezident seçkisinə qatılacaq namizədlərin qeydiyyat prosesinin başa çatdığını bildirib.

Məlumata görə, seçkilərdə yeganə müstəqil namizəd V.Putin, müxtəlif partiyalardan isə 7 namizədin adı var.

Namizədlər bunlardır:

- Vladimir Putin – müstəqil namizəd,

- Vladimir Jirinovski - Rusiya Liberal Demokratik Partiyası,

- Pavel Qrudinin - Kommunist Partiyası,

- Qriqori Yavlinski - Yabloko Partiyası,

- Boris Titov - İnkişaf Partiyası,

- Sergey Baburin - Rusiya Xalq Şurası Partiyası,

- Maksim Suraikin - Rusiya Kommunistləri Partiyası,

- Kseniya Sobçak - Vətəndaş Təşəbbüsü Partiyası.

Rusiyada keçirilən son ictimai sorğuya görə, Putinin seçkilərdə səs qazanma şansı daha çoxdur, ondan sonra P.Qrudinin və V.Jirinovski gəlir.

qafqazinfo

XƏBƏR LENTİ