22:01 çərşənbə, 21 Noyabr 2018
KÖŞƏ

Pyotra “mavi” deyə bilərsiniz?

19:59, 06.10.20142219
Pyotra “mavi” deyə bilərsiniz?

Əziz Əlibəyli

Görürsünüz birisi durur qarşınızda və sizi söyməyə başlayır. Üzünüzü çevirib gedəcəksiniz. Amma ola bilsin ki, sizi kənardan tanıyan biri müşahidə edir və sabah ümimiləşmiş leksikonumuzda yer tutan “peysər” jarqonu yapışacaq həmən bədən üzvünə.

  Niyə ki, “yaxşı oğlan” özünə söydürməz.

  Amma qardaş bu yaxşı oğlanın ölkəsi də yaxşı olmalıdır axı..

  Bu köşəni ədəbi dilin normalarını pozmamaqla da yaza bilərdim. Amma olmadı.

Çünki, ilk dəfə üzü saqqalı, qulağı sırğalı və əli qələmli insanlar meydana çıxaraq ənənəvi nə vardısa, “köhnəlik”, “qalıq” deyib sildilər, keçdilər. Bir sözlə, spesifikaya aid olanların müdafiə ümmunitetini yedilər. Oldu boz divar. Sonra...

  Sonra başlandı,  nə başlandı...

  İndi vur-tut söyülməli bircə yerimiz, döyülməli olan  da bir yerimizdir.

  Açaq, baxaq, görək, Rusiyada kim  Pyotru “mavi” çıxardıb.

  Ya da ki, hansı fransız deyir ki, “Napoleon est hemofrodit ”.

  Bax. Özünə hörmət də burdan başlayır.

  Bizdə bunu ödürdülər.

 Bir zatıqırıq uçub Danimarkaya Şah İsmayıla zoofildən tutmuş “İŞİD”-ə kimi damğa vurdu. Bəs sonra?

Axı adama da maraqlıdır, bu xalqın əlindən aldığın nədir, verdiyin nə?

Şah İsmayılı ləkələ, dindar, qəddar, mükəddar və bütün “DAR”-lara aid nə varsa çıxar.Hətta üç kitab da yaz. Xalq qalsın havada. Köksuz və tarixsiz. Sonra da apar bağla farsa, osmanlıya.

 Onu başa düşdük. Bəs, bu adamın sarsaqlamalarına palaz-palaz yer ayırıb, tirajlayanlara nolub?

 Siz də eyni məqsəd güdürsüz, yoxsa əks-kəşfiyyatdan aldıqlarını yarı bölürsüz?

Qayıdaq Şahımıza.

 8 ölkədə azərbaycanlıların hakimiyyətini qurub, indiyə qədər tək və yeganə, qalib dəyəri daşıyan şəxs statusundadır .

 Onu qoruyaq. Pis gədələrin, “yaxşı oğlanlar”ın əlində qoymayaq!

 Bu xalqın və dövlətin yaşamasının səbəbi də odur.

 Qaldı. Ona və onu dəstəkləyənlərə.

 Biləcəridən o yana - hər yerdə yaşamağa “duxları” var.

 Bircə səfəvi torpağında yox!

XƏBƏR LENTİ