23:50 çərşənbə, 29 Yanvar 2020
DÜNYA

Qadın ərini və sevgilisini duelə çıxardı

09:53, 06.12.20192475
Qadın ərini və sevgilisini duelə çıxardı
London sakini bundan sonra kimin onunla qalacağını müəyyən etmək üçün ərini və sevgilisini ölüm-qalım mübarizəsinə çıxarıb.

"Metro” xəbər verir ki, 35 yaşlı Asta Yuskausken 42 yaşlı Qidruis Yuskauskasla evli olsa da, 25 yaşlı Mantas Kvedarasla da eşq macərası yaşamaq qərarına gəlib.

Qidruis Yuskauskas hadisədən xəbər tutduqdan sonra belə həyat yoldaşından ayrılmaq istəməyib. Belə olan halda isə qadın duel təşkil etməyə qərar verib, çünki hər iki kişi qadının yalnız onunla yaşamasını istəyib.

16 iyunda Yuskauskas və Kvedaras zəngləşib, növbəti gün isə Yuskauskasın öldüyü xəbəri yayılıb. Onun bədəninə ən azı 35 bıçaq zərbəsi vurulub.  

Prokuror Xyu Devinin sözlərinə görə, qadın əvvəlcədən Kvedarasın Yuskauskasa zərər vurmaq istədiyindən xəbərdar olsa da, buna göz yumub.

Qətldən sonra qadın Kvederası evinə buraxıb və mobil telefonlardakı mesajları diqqətlə sildikdən sonra polis çağırıb.
 
///oxu.az

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ