19:38 Bazar Ertəsi, 14 Oktyabr 2019
Maqazin

“Qadın müğənnilərimiz “kim tez və çox soyundu” deyə, məqsəd qoyublar” - Akif İslamzadə

17:51, 24.06.20193633
“Qadın müğənnilərimiz “kim tez və çox soyundu” deyə, məqsəd qoyublar” - Akif İslamzadə
Xalq artisti Akif İslamzadə "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" proqramında qonaq olub.

AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, sənətçi qaıdn müğənnilərin zövqsüz geyindiyini və açıq-saçıqlığa üstünlük verdiyini söyləyib:

"Qadın müğənnilərimiz kim tez soyundu və çox soyundu deyə məqsəd qoyublar. Amma düşünmürlər ki, həmişə belə olmayacaq. Bəşəriyyət mənəviyyata və ədəbə mütləq gələcək. Ədəb-ərkan və əxlaq heç vaxt dəbdən düşmür. Elə dövr gələ bilə bilər ki, deyəcəklər nəvə-nəticələrimizə nə göstərək? Xəcalət çəkəcəklər. Dəniz kənarında olanda nə olar? Kişilər köynəyin yaxasını açıq qoyur ki, mən müğənniyəm".
XƏBƏR LENTİ