04:52 Bazar Ertəsi, 19 Noyabr 2018
SOSİAL

Qadın xəstəxanada öldü - Əri həkimləri günahlandırdı

11:46, 02.11.20183209
Qadın xəstəxanada öldü - Əri həkimləri günahlandırdı
Qax rayonunda şəkərli diabet xəstəsi xəstəxanada dünyasını dəyişib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə noyabrın 1-də baş verib. Rayonun Güllük kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədova Tamam Qurban qızı həmin tarixdə insulit və şəkərli diabet xəstəliyi ilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.

Qadının həyat yoldaşı Məmmədov Mais Hacıməmməd oğlu mərhumun ölümündə xəstəxananın tibbi personalını günahlandırıb və faktla bağlı rayon prokurorluğuna müraciət edib.

Müraciət əsasında meyit məhkəmə-tibb ekspertizasında daxili müayinə olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
XƏBƏR LENTİ