23:33 çərşənbə Axşamı, 17 Iyul 2018
DÜNYA

Qadınları evə gətirib intim əlaqədə olanda kameraya çəkdilər - TÜKÜRPƏDİCİ OLAY

23:40, 12.07.201819412
Qadınları evə gətirib intim əlaqədə olanda kameraya çəkdilər - TÜKÜRPƏDİCİ OLAY

Dünən təşkil edilən polis basqınından sonra saxlanılan Adnan Oktarın dəstə üzvlərindən ifadə verən bəzi şəxslər tükürpədici ifadələr veriblər.

Polis 2 il çəkən təqibdən sonra dünən Adnan Oktar və 234 tərəfdaşına qarşı 4 rayonda əməliyyat təşkil edilib.

Bu saata kimi aralarında Adnan Oktarın da olduğu 170 nəfər saxlanılıb.

Saxlanılanlardan yaşları 11 və 40 arasında dəyişən 70 şəxs Adnan Oktardan şikayətçi olub. Saxlanıların bəzilərinin ifadələri zamanı "İtaaətsizliyə görə bir qadınla 24 saatda 20 kişi cinsi əlaqədə olurdu" sözləri dəhşətə gətirib.

İfadələr qan dondurub:

 

"Təşkilatın 95 evi var. Kişi üzvləri qarış-qarış hər yerdə axtarışda olurdular. Zənginlərin məclislərində yola gətirdikləri qadınları evlərə gətirirdilər. Bu qadınlarla cinsi əlaqə zamanı videoya çəkilirdi, şantaj edilirdi. Tualetlərdə belə kamera var idi. Təcavüzə məruz qalanlar arasında uşaqlar da vardı."

Adnan Oktar A9 adlı TV kanalında "Kedicik" adlandırdığı qadınlar ilə proqram aparırdı. Məlumata görə, Oktarın "kediciklər"i nüfuzlu yerli və əcnəbi kişilərdən şantaj yolu ilə istifadə edirdi. Bundan əlavə, qadınlar Oktarın "oğlanları"nın seks köləsi idilər.

///Milli.Az
XƏBƏR LENTİ