06:27 Cümə, 15 Noyabr 2019
GƏNCLİK

Qafqaz Albaniyası tarixinin öyrənilməsi müasir dövrün tələbidir

18:16, 15.08.20194153
Qafqaz Albaniyası tarixinin öyrənilməsi müasir dövrün tələbidir
"Bakı Gənclər Klubu” ictimai birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Əsrlərin mirası - Qafqaz Albaniyası ” adlı layihənin icrasına start vermişdir.
 
AZXEBER.COM xəbər verir ki, layihə 20 gəncin iştirakı ilə 15 avqust -15 noyabr 2019-cu il tarixlərində respublikamızın şimal-qərb bölgəsində həyata keçiriləcək.
 
Layihənin məqsədi - gənc nəslin Qədim Qafqaz Albaniyası tarixinə, mədəniyyətinə və ümumiyyətlə milli irsimizə marağını artırmaq, gənclər arasında əsrlərdən miras qalmış tarixi və mədəni irsimizin təbliği və yerli əhalinin bu qiymətli abidələrin qorunmasına cəlb etməkdən ibarətdir Azərbaycan tarixində mühüm yer tutmuş Qafqaz Albaniyası bir çox cəhətdən – tarixi, mədəni, coğrafi, siyasi, dini-ideoloji və Azərbaycan xalqının etnogenezi probleminin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, bədnam qonşularımız bu tarixi və mədəni irsə bugün də sahib çıxmağa çalışırlar, ona görə bu tarixi səhifənin gənclər tərəfindən yaxından öyrənilməsi müasir dövrün ən actual tələblərindən biridir.
 
Layihə şərçivəsində Bakı Dövlət Universitetinin Tarix fakultəsi və Azərbaycan tarixi istiqamətində biliklərini zənginləşdirmək istəyən gənclər üçün respublikamızın şimal-qərb bölgəsi - Şəki rayonunda yay düşərgəsi təşkil olunacaq. Düşərgə zamanı Mədəniyyət Nazirliyinin rəsmi bələdçisi – Gülşən Abbasova ilə Şəki, Oğuz, Qəbələ, Qax rayonlarında yerləşən kəndlərə səfərlər təşkil olunacaq, burada yerləşən və bu dövrə aid olan tarixi və mədəni irs ilə yaxından tanış olacaq, yeni məlumat və foto-video materiallar toplayacaqlar.
 
Layihənin sonunda əldə olunan foto-video materiallar əsasında Bakı Dövlət Universitetinin Tarix fakultəsində bu abidələrin hal-hazır vəziyyəti, tarixi əhəmiyyəti haqqında məlumat verən və tələbələri bu istiqamətdə həyata keçirilən layihələrə qoşulmağa çağıran sərgi təşkil olunacaq.
 
"Bakı Gənclər Klubu" İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "BGK” İB "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu”, "Azərbaycan Kiber İdman Federasiyası” və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təsisçisi və fəal üzvüdür
XƏBƏR LENTİ