11:51 Cümə, 22 Mart 2019
DÜNYA

“Qafqaz əsiri”nin məşhur aktyoru vəfat etdi

15:33, 09.03.20196054
“Qafqaz əsiri”nin məşhur aktyoru vəfat etdi

SSRİ xalq artisti Vladimir Etuş 97 yaşında vəfat edib.

"Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, mərhumun vaxtilə çalışdığı Moskva şəhərindəki Vaxtanqov Teatrının direktoru Kiril Krok V.Etuşun ötən gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki 30-dan çox filmdə, 60-dək teatr tamaşasında oynadığı rollarla yadda qalan Vladimir Etuş 44 dövlət mükafatına, o cümlədən "Vətən qarşısında xidmətlərə görə” ordeninə layiq görülüb.

XƏBƏR LENTİ