08:10 Bazar Günü, 17 Dekabr 2017
SOSİAL

“Qafqaz Qabala City Hotel”in kassiri oteldən 15 min dollar oğurladı

13:54, 13.10.20172048
“Qafqaz Qabala City Hotel”in kassiri oteldən 15 min dollar oğurladı
Qəbələ rayonunda yerləşən "Qafqaz Qəbələ City Hotel”dən oğurluq olub.

"Report”un xəbərinə görə, otelin kassasından 15 min ABŞ dolları oğurlanıb.

Polisin araşdırması nəticəsində otelin kassasından pul oğurlayan şəxsin oteldə işləyən 1986-cı il təvəllüdlü Ruslan Rəsulov olduğu müəyyənləşdirilib. Həmin şəxs saxlanılıb.

Məlum olub ki, o, müxtəlif vaxtlarda otelin kassasından 15 min dollar oğurlayıb.

Qeyd edək ki, R.Rəsulov oteldə əvvəllər kassir köməkçisi, daha sonra kasir əvəzi işləyib.

Fakt üzrə araşdırmalar davam etdirilir.
0
XƏBƏR LENTİ