BAKU AZƏRBAYCAN
13°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

"Qalatasaray"ın kapitanı: "Fənərbaxça"nı məğlub edəcəyik" - VİDEO

İDMAN
16:47 19.02.2020
7655
"Qalatasaray"ın kapitanı: "Fənərbaxça"nı məğlub edəcəyik" - VİDEO" />

Bu həftə Türkiyə Super Liqasında "Qalatasaray" "Fənərbaxça"nin qonağı olacaq.

AzxeberSport xəbər verir ki, "Qalatasaray"ın kapitanı Səlcuq İnan derbi ilə bağlı yerli mediaya iddialı açıqlamalar verib. 

"Derbilər çox mühüm əhəmiyyət kəsb edir. Biz bu il "Fənərbaxça"nı Kadıköydə məğlub edəcəyimizə inanırıq. Baş məşçimiz Fatih Terimin verdiyi tapşırıqları bütün klub üzvləri yerinə yetirir. Derbidən əlavə bu oyun çempionluğumuz üçün də vacibdir. Səfər matçından 3 xal ilə qayıdamağımız üçün var qüvvəmizlə çalışacağıq. Ardıcıl 6 matçda qalib gələ bilmişik. Qalib gələ bilməməyimiz üçün səbəb yoxdur"- deyə vurğulayıb

Qeyd edək ki, "Fənərbaxça"-"Qalatasaray" derbisi bazar günü saat 20:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR