20:51 Bazar Ertəsi, 22 Aprel 2019
Maqazin

"Qalmaqal vacibdir, onun sayəsində bütün dünyada tanındım" - Xalq artisti - VİDEO

15:37, 09.04.20193814
"Qalmaqal mütləq olmalıdır. Tənqid edilməlidir, təhqir yox. O qəzetdə, jurnalda, efirdə qalmaqal yoxdursa, baxılmayacaq".

AZXEBER.COM-un məlumatına görə, bu sözləri xalq artisti Səməd Səmədov "Show news"a açıqlamasında deyib. O bildirib ki, məşhur olmasında qalmaqalların böyük rolu olub:

"Mən qalmaqalla məşhurlaşdım. Neçə illərdir bəstəkar, ara mahnıları oxuyurdum. Məni 50 faiz insan tanıyırdı. Əli Mirəliyevlə qalmaqala düşdüm, Amerikadan, Avropadan, Rusiyadan zəng edirdilər ki, əla, Səməd müəllim, bu səviyyəni saxlayın. 

Qalmaqal yaradandan sonra onun sayəsində tək Azərbaycan yox, bütün dünyada tanındım".
 


XƏBƏR LENTİ