17:36 çərşənbə, 26 Sentyabr 2018
SOSİAL

"Qanun nəşriyyatı" Gömrük İdarəsini məhkəməyə verdi

16:09, 19.10.2017421

"Qanun Nəşriyyatı" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Report-a MMC-nin nümayəndəsi Müzəffər Baxış bildirib.

Onun sözlərinə görə, "Qanun Nəşriyyatı" MMC-nin iki kitabı 2015-ci ildə Dövlət Gömrük Komtəsində saxlanılıb: "Qanun Nəşriyyatı" tərəfindən Sevinc Telmanqızının "Xatirələrin işgəncəyə döndüyü yer" və rus ədəbiyyatından "Toz ağacını sevən rus" kitabı daha keyfiyyətli olması üçün Türkiyədə çap edilib, lakin sərhəddən keçirilən zaman Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlar 2000 ədəd kitabı saxlamalarını Milli Təhlükəsizlik Nazirliyinin (MTN ləğv olunmazdan əvvəl) icazə verməməsi ilə əlaqələndiriblər. Lakin MTN-in bu məsələyə heç bir aidiyyəti yoxdur. Hazırda həmin kitablar qanunsuz olaraq Bakı Baş Gömrük İdarəsində saxlanılır. Biz 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək həmin kitabların qaytarılmasını tələb edirik".

M.Baxış qeyd edib ki, iddialar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ayrıca icraata götürülüb: "Toz ağacını sevən rus" kitabı üzrə məhkəmə baxışı dekabrın 5-nə təyin edilib. "Xatirələrin işgəncəyə döndüyü yer" kitabı üzrə məhkəmədə isə ekspertiza təyin olunub, lakin hələ ekspertiza rəyi alınmayıb".

XƏBƏR LENTİ