02:46 çərşənbə Axşamı, 19 Iyun 2018
TOP4

"Qanuni oğru"lar məhkəmə qarşısında: aralarında azərbaycanlı qadın da var

10:57, 05.06.20184189
Fransanın Nansi şəhər məhkəməsində qafqazlılardan ibarət 34 nəfərlik cinayətkar qrupun məhkəməsi başlayıb. 

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, Gürcüstan, Ermənistan, Azərbaycan və Rusiya vətəndaşlarından ibarət qruplaşma üzvləri 2013-cü ildən etibarən Fransa, Almaniya, İsveçrə və Belçikada kütləvi oğurluq və qarətlər təşkil etməkdə təqsirli bilinirlər. Onlara qarşı oğurluq, xərac toplama və çirkli pulların yuyulması ittihamı irəli sürülüb. Müstəntiq bildirib ki, dəstə üzvləri arasında ciddi ierarxiya mövcuddur. Fransada onların əsas "hədəfi” Strasburq olub. Təqsirləndirilən şəxslərin yaşları 25-61 arasında dəyişir. 

Qeyd edək ki, qruplaşma üzvləri Gürcüstanın Avropolla əməkdaşlığı sayəsində 16-17 aprel tarixlərində keçirilmiş "Caucase Normandie” adlı əməliyyat nəticəsində Fransa və Yunanıstanda ələ keçib. Saxlanılanlar arasında 4 gürcü "qanuni oğru” da var. 

Belə ki, Fransada transmilli cinayətkar qruplaşmanın 15 üzvü saxlanılıb ki, onların arasında 14 Gürcüstan və 1 Ermənistan vətəndaşı olub. Yunanıstanda isə 23 Gürcüstan vətəndaşı saxlanılıb. Onlar mənzil və mağazalardan soyğunçuluq etməklə yanaşı, oğurlanmış əşyaların satışı ilə məşğul olublar.

Qeyd edək ki, dəstə üzvləri arasında azərbaycanlı qadın da var.

XƏBƏR LENTİ