01:30 çərşənbə Axşamı, 10 Dekabr 2019
SOSİAL

Qar uçqununa düşən ikinci hərbi qulluqçumuzun meyiti tapıldı

13:02, 23.04.20194711
Qar uçqununa düşən ikinci hərbi qulluqçumuzun meyiti tapıldı
Məlumat verildiyi kimi, mart ayının əvvəllərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusu Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşüb.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan ikincisi - əsgər Fərrux Fərman oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.
XƏBƏR LENTİ