Qara “Gelandewagen”

08 May 2017, 12:51
AAA
 
Seymur Verdizadə

Məmməd Araz küçəsi ilə mərkəzi prospektə doğru irəliləyərkən yanımdan qara rəngli bir "Gelandewagen” keçdi. Maşının uzaqlaşmasına imkan verməyib, sürücüyə əl elədim. Bu jestimi güzgüdə görən oğlan dərhal əyləci basdı. Almaniya istehsalı olan bu nəhəng maşına yaxınlaşanda, sükan arxasında əyləşmiş gənc şüşəni aşağı endirib, ədəblə salam verdi.

Onun salamını alsam da, söhbətə başlamağa tələsmədim. Oğlan bir qədər hövsələsizlik etdi: "Buyurun, müəllim. Mənə sözünüz vardı?”

Onu intizarda qoymayıb, birbaşa mətləbə keçdim: "Məni öldürmədiyin üçün sənə təşəkkür edirəm!”

Təəccübdən gənc sürücünün gözləri bərəldi, dili topuq vurdu: "Mən? Hə. Niyə?”

Söhbətə əvvəlki ciddiyətlə davam elədim: "Çünki sən varlısan, bahalı maşın sürürsən. Bizim ölkəmizdə varlılar kasıbları qarışqa kimi əzirlər”.

Deyəsən, oğlan bu sözlərimdən heç nə başa düşmədi. Çiynini çəkib, ehtiyatla soruşdu: "Elə şey olar?”

Ətraflı izahat vermək məcburiyyətində qaldım: "Bakıda belə hadisələr tez-tez baş verir. Məsələn, tanınmış iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcov idarə etdiyi "Porsche” ilə dünən 24 yaşlı Xəyalə Məmmədovanı vurub öldürüb. Mərhumənin iki körpə qızı yetim qalıb”.

Oğlan təəssüflə başını buladı: "Yazıq uşaqlar...”

Araya sükut çökdü. Bu dəfə sükutu o pozdu: "Yəqin qəza törətmiş oğlanı tutarlar...”

Dünən mətbuatdan oxuduqlarımı ona danışdım: "Hazırda faktla bağlı araşdırma aparılır. Ağaəlinin atası Füzuli Fərəcov deyir ki, 14 yaşlı uşağı da tutarlar?”

Sözüm ağzımda qaldı: "14 yaşlı uşağın sükan arxasında nə işi var?!”

Bu dəfə mən başımı buladım: "14 yaşlı uşağı yox, 150 minlik maşının açarını ona verən valideyni tutmaq lazımdır”.

Oğlan dərhal reaksiya verdi: "Ay müəllim, onları tutanda da tez buraxırlar...”

Onunla razılaşmaqdan başqa çarəm yox idi: "Düz deyirsən. "Xəzər” Dəniz Gəmiçiliyi ASC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov idarə etdiyi "Gelandewagen” markalı avtomobillə 2014-cü ildə Xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşını və azyaşlı nəvəsini vurub öldürdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalidə 12 il iş kəsilsə də, cəmi 3 il sonra azadlığa çıxdı. Füzuli Fərəcovu tutsalar, içəridə heç ilyarım da yatmayacaq”.

Oğlan razılıq əlaməti olaraq başını tərpətdi. Fürsəti əldən vermədim: "Bax, buna görə sənə təşəkkür etdim. İstəsəydin, sən də məni vurub öldürərdin”.

Sürücü maşının şüşəsini bir qədər də aşağı endirib, başını mənə tərəf uzatdı: "Müəllim, mən kasıb bir ailənin övladıyam. Bu "Gelandewagen” tanınmış bir iş adamına məxsusdur. Mən onların ailə sürücüsüyəm. Kasıbçılıqla böyüdüyüm üçün indiyə kimi bir qarışqanı da ayaqlamamışam. Amma müdirin iki ərköyün qızı var. Arabir qızlar da sükan arxasına keçirlər. Özünüzü onlardan qoruyun”.

Oğlan ədəblə salam verdiyi kimi, ədəblə də sağollaşıb, maşını yerindən tərpətdi...

İndi harda qara rəngli "Gelandewagen” görürəmsə, dərhal yolumu dəyişirəm. Sizə də bunu məsləhət görürəm. Çünki varlı uşaqların sürdüyü bahalı maşınların təkərləri altında xurd-xəşil olmaqdan heç birimiz sığortalanmamışıq...

Oxunma sayı : 998

Loading...
SON XƏBƏRLƏR
Naxçıvan Muxtar Respublikasının yeni vergilər naziri təyin edilib - 23 İyun 2017, 00:34
Dərman alarkən diqqətli olun! - Kapsul dərmanın içi boşdur? - VİDEO - 22 İyun 2017, 23:54
Gənc qıza reanimasiyada təcavüz edildi - FOTO - 22 İyun 2017, 23:24
Evlənməkdən imtina edən ofisiant qızı kafedə qanına qəltan etdilər - 22 İyun 2017, 22:46
BMT: Yer kürəsi əhalisinin sayı 2100-cü ilədək 11 milyarda çatacaq - 22 İyun 2017, 22:20
Siqaret çəkənlərə BƏD XƏBƏR - CƏRİMƏLƏNƏCƏKSİNİZ - 22 İyun 2017, 21:46
Bakıda əcnəbi turisti qarət edən üç qadın tutulub - 22 İyun 2017, 21:10
Ağstafada ″Qrad″ raketi aşkarlanıb (FOTO) - 22 İyun 2017, 20:36
Sabah Bakının bəzi hissələrində qaz olmayacaq - 22 İyun 2017, 19:52
"Ailə TV"nin ofisinə basqının üstünün açılması ilə bağlı birgə məlumat yayılıb - RƏSMİ - 22 İyun 2017, 19:04
Jurnalist olmaqdan öncə əsl vətəndaş olmaq lazımdır - 22 İyun 2017, 18:08
Azərbaycanlı aktrisa gəlinlikdə - FOTO - 22 İyun 2017, 17:51
Azərbaycan 4 ölkəyə yardım etdi - 50 min dollar - 22 İyun 2017, 17:40
Nəsimi rayonunda Ramazan bayramı münasibəti ilə iftar süfrəsi təşkil olunmuşdur - 22 İyun 2017, 17:12
Mehriban Əliyeva aprel şəhidinin borcunu sildirdi: "Parabank" geri addım atmağa məcbur oldu - 22 İyun 2017, 17:09
Əli İnsanovun apellyasiya şikayəti rədd edildi - 22 İyun 2017, 17:02
Gənclər və İdman nazirliyinin mətbuat katibi də jurnalistlərin binasından ev almaq istəyir: "Sizə nə?" - 22 İyun 2017, 17:01
Oqtay Şirəliyev “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” əmr imzalayıb - 22 İyun 2017, 16:43
Azərbaycanda ana oğlunu öldürən gənci bağışladı - 22 İyun 2017, 16:34
QMİ-dən bayram namazı AÇIQLAMASI - 22 İyun 2017, 16:22
Ana oğluna görə yalvarır - "Rəhminiz gəlsin, oğlumu xilas edin" - FOTO - 22 İyun 2017, 16:16
Rahidə Baxışovanı belə görməmisiniz - FOTOLAR - 22 İyun 2017, 15:57
Vüsal Quliyev: "O torpaqlar bizim torpaqlarımızdır və biz o torpaqlara qayıdacağıq" - 22 İyun 2017, 15:55
Qənirə Paşayeva aprel şəhidini məhkəməyə verən "Parabank"ı rüsvay etdi - 22 İyun 2017, 15:40
Ərinin əl-ayağını bağlayan 5 kişi qadını zorladı - 22 İyun 2017, 15:40
İqtisad Universitetində kütləvi təmizləmə: Keçmiş rektora yaxın adamlar işdən çıxarılır - 22 İyun 2017, 15:24
Eldar Əzizov "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi - 22 İyun 2017, 15:12
Rüşvət alarkən həbs olunan direktorun yerinə xalq artisti təyin edildi - 22 İyun 2017, 15:09
Lapşinin məhkəməsi başladı - 22 İyun 2017, 14:36
Azərbaycan Universitetində bu da oldu: Dərsə şortla gəlmək qadağan edildi - 22 İyun 2017, 14:14
Səməd Səmədov: "Ayda bir dəfə manikürə və pedikürə gedirəm" - 22 İyun 2017, 14:07
Yığmamızın üzvü: "Arvadım müğənni olsa da, bizim sevgimiz əbədidir" - FOTOLAR - 22 İyun 2017, 13:56
Prezidentdən İbrahim Yusifzadəyə yubiley hədiyyəsi: "Vətənə xidmətə görə” ordeni - 22 İyun 2017, 13:32
Bakıda faciəvi şəkildə ölən Susananın anasından şok iddia – FOTO - 22 İyun 2017, 13:30
Yenə yağış yağacaq - 22 İyun 2017, 13:22
Novxanı çimərliyi: Dənizkənarında masa üçün 10 manat vermək lazımdır - FOTO - 22 İyun 2017, 13:13
Millət vəkili Adil Əliyev əlilliyi olan yazar üçün təqdimat təşkil etdi - FOTOLAR - 22 İyun 2017, 12:57
6 dəfə evli olan kişi arvadını və körpəsini öldürüb ağladı: "Arağa görə oldu" - 22 İyun 2017, 12:50
İşıq adam - 22 İyun 2017, 12:48
“Atamın oğlu da olsa, söyüşü bağışlamıram”- Fransada təhsil aldı, Bakıda adam öldürdü - 22 İyun 2017, 12:40
"Gənclik" metrostansiyasının qarşısında faciə: Adam öldü - 22 İyun 2017, 12:25
Tutulan erməni kəşfiyyatçı ilə bağlı tərəflərlə dialoq başladı - 22 İyun 2017, 12:21
Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev Prezidentin rayona səfərini niyə görməzdən gəlir? - FOTOFAKT - 22 İyun 2017, 12:05
MTN polkovniki 147 min manata həbsxanadan adam çıxarırmış - 22 İyun 2017, 11:49
Bakıda “Ailə TV”nin ofisinə silahlı basqın: seyf oğurlandı - 22 İyun 2017, 11:30
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10