09:35 Bazar Ertəsi, 09 Dekabr 2019
İDMAN

"Qarabağ" Avroliqanın rekordçusuna qarşı

13:12, 28.11.20192594
Bu gün "Qarabağ" Avropa Liqasında növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin V turu çərçivəsində İspaniyanın "Sevilya" komandasının qonağı olacaq. "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 00.00-da start götürəcək.

A qrupunda yer alan "Qarabağ" və Cənubi Kiprin APOEL komandasının 4 xalı var. Lakin nikosiyalılar şəxsi oyunlardakı üstünlüyə görə (2:1, 2:2) 2-ci pillədə qərarlaşıblar Növbəti mərhələni təmin edən Avropa Liqasının rekord sayda - 5 dəfə qalibi olan "Sevilya"nın 12, Lüksemburq "Düdelanj"ının isə 3 xalı var.

Bu isə o deməkdi ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Sevilyada uduzsa və APOEL səfərdə "Düdelanj"ı məğlub etsə, Azərbaycan çempionu Avropa Liqasında növbəti raundda yüksəlmək şansını itirir.

Avropa Liqası
Qrup mərhələsi
A qrupu

28 noyabr
00.00 Sevilya (İspaniya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Məhəmməd Əl-Hakim, Fredrik Kliver, Mahbod Beigi, Martin Strömberqsson (İsveç).
Hakim-inspektor: Laurent Duhamel (Fransa).
UEFA nümayəndəsi: Paul Daniel Zaharia (Rumıniya).
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu.
 
///Qaynarinfo
XƏBƏR LENTİ