17:33 Bazar Ertəsi, 14 Oktyabr 2019
İDMAN

"Qarabağ" çex qapıçını transfer edir

14:15, 08.07.20192672
"Qarabağ" Şotlandiyanın Saint-Mirren klubunun qapıçısı Vatslav Qladka elçi düşüb.
 
AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, Azərbaycan klubu çex qolkiper üçün 200 min funt-sterlinq (426 min manat) təklifi edib. Amma şotlandlar təklifi qəbul etməyib. Saint-Mirren 29 yaşlı qapıçını daha böyük məbləğə satmaq istəyir.

"Qarabağ" futbolçuya hazırkı əmək haqqının 6 qatını verməyə hazırdır. Ona görə də Azərbaycan çempionunun Qladkinin transferi üçün Saint-Mirren-ə daha yaxşı təklif irəli sürəcəyi gözlənilir.

Qeyd edək ki, Vatslav Qladki 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində Çexiyanın Slovan klubunun heyətində yer alsa da, "Qarabağ"la hər iki matçda ehtiyatda qalıb. O, bu ilin yanvarında Slovan-dan Saint-Mirren-ə transfer olunub. O, Şotlandiya klubunun heyətində 21 oyun keçirib.
XƏBƏR LENTİ