Qarabağ əlillərini təhqir edən Hadi Rəcəblidən növbəti qalmaqallı müsahibə: "Düz deyirəm də..."

07 Noyabr 2016, 13:19
AAA
Hadi Rəcəbli: "Axı, məni Prezident Administrasiyasına çağırmayıblar, nə günah sahibiyəm?”

 

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Sizin növbəti açıqlamanız da kifayət qədər sərt reaksiyaya səbəb oldu. Heç özünüz bunun səbəbi barədə düşünürsünüzmü? Bəlkə susmaq daha yaxşı olardı, nəinki bu cür açıqlamalar vermək...

- Xahiş edirəm, mənim bu sualıma cavab ver: mənim orda bir günahım, səhvim, qəbahətim varmı?

- Qəbahət deyəndə ki, şəhidlərlə bağlı birdəfəlik müavinətin artırılmasını elə öz partiyadaşlarınız təklif edir, siz deyirsiniz, bu, mümkün deyil...

- Kim dedi onu? Axı mən deməmişəm. Demişəm zaman gələcək, ona baxacağıq.

- Sonuncu dəfə dediniz ki, niyə Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir?

- Həmin yazıda da fikirlərim təhrif olunmuşdu. Yəni bazar iqtisadiyyatı dövründə demək olmaz ki, pulsuz olsun. Pulsuz nə ola bilər? Deyirlər ki, şəhid ailələri üçün təhsil pulsuzdur. Bu, düzgün deyil. Demək lazımdır ki, büdcə hesabınadır. Əgər avtobus özəldirsə, orda gediş haqqı necə pulsuz ola bilər? Vaxtilə ulu öndərimiz qanunları tənzimlədi. Qarabağ əlillərinə avtobusda getmələri üçün əlavə vəsait verildi. Aldıqları müavinətin üstünə əlavə olundu. Həmçinin apteklərdən alınan dərmanlara görə ünvanlılıq təşkil olundu. Yəni Qarabağ əlilinə xəstəliyi ilə əlaqədar dərman yazıldı, gedib aptekdən aldı, ancaq pulunu Əmək və Sosial Müdafiə Nazirliyi ödədi. İndi də vəziyyət belədir.

- Fikirlər var ki, Qarabağ əlillərinin sayı əhali nisbətində elə də çox deyil və onların təminatı məsələsi birdəfəlik həll oluna bilər. Mümkün deyilmi?

- Dünya təcrübəsi necədir? Elədir ki, əlil arabasında gəzən adam gedib pulunu ödəyir, özünü əskiltmir ki, "mən əliləm, pulsuz getməliyəm”. Yəni bu məqsədlər üçün əlavə müavinət verilir. Digər tərəfdən, mən deməmişəm ki, dərman pulsuz olmasın. Biz demişik ki, bazar iqtisadiyyatına keçid vaxtı məsələ tənzimləndi.

- Ancaq problem qalır. Dövlət hansısa yolla bu xərcləri tənzimləyə bilərmi?

- Bazar iqtisadiyyatının öz qanunları var axı.

- Hadı müəllim, axı, o insanlar Qarabağda döyüşüb sağlamlığını itirməsəydi, nə bazar olardı, nə iqtisadiyyat...

- Bu, artıq populizmdir. Qarabağ əlillərinə pulsuz maşın, mənzil verilib. Dediyiniz məsələ isə başqa cür həll olunur. Məsələnin ünvanlılıq məsələsi təmin olunmalıdır.

- Amma elə həmkarlarınız da dedi ki, devalvasiyadan sonra 11 min manatlıq "qanpulu”, şəhid ailələrinə ayrılan müavinət, yaxud Qarabağ qazilərinə verilən təqaüd çox aşağıdır. Bununla bağlı nə etmək olar?

- Devalvasiya söhbəti başqadır da. Yenə desəm ki, məbləği 1 milyona qaldırmaq lazımdır, bu, artıq lağlağı söhbəti olur. Onda söhbətimiz alınmayacaq. Belə çıxacaq ki, yenə jurnalistə müsahibə verirəm, yenə problem yaradıram. Mənim mübahisə mövzusu olan nədir? Bir cümləni yazmadıqlarına görə adamları qıcıqlandırıblar. Həmin cümlə budur: Heydər Əliyev bu münasibətləri tənzimlədi, yəni bazar münasibətlərinə uyğun tədbirlər gördü.

- Yenə günahkar jurnalistlər oldu?

- Yox, günah mənimdir ki, jurnalistlərə müsahibə vermişəm.

- Sosial şəbəkələrdə daha çox bu təklif olunur ki, bəlkə Hadı Rəcəbli sussun, danışmasın...

- Ay sağ ol. Sənə indi danışdım. Amma bəs, neyləyim, bundan sonra susummu, danışmayımmı?

- Amma siz rəsmi şəxs olduğunuz üçün danışmağa borclusunuz...

- Ona görə də danışıram. Elə isə danışdığımı mənim həmkarlarım təhrif etməsin də.

- Demisiniz ki, Üzeyir Cəfərov mənim gördüyüm işlərin bir faizini görməyib. Üzeyir Cəfərov Qarabağ müharibəsi veteranıdır, Horadizin azad olunmasında iştirak edib, ehtiyatda olan zabitdir...

- İndi qulaq as. Üzeyir Cəfərov da mənimlə eyni kənddəndir. O kəndin 100 sakininin imzası ilə məktub var. Mənim deputatlığım dövründə o kənddə məktəb, tibb məntəqəsi tikilib, rabitə qovşağı yaradılıb, kənd sakinlərinə qayğı göstərilib. O kənddə aprel döyüşlərinin iştirakçısı var, heç Üzeyirin ondan xəbəri yoxdur.

Gəlsin mənimlə danışsın, niyə gəlmir? Digər tərəfdən, mən Üzeyirə nə demişəm ki? Onunla nə işim var? O başqa işi görüb, mən başqa işi. Deynən onda Hadı müəllim 5 dəfə niyə seçilib, niyə ona etimad göstərilib? Mən də nə isə eləmişəm də. Bu dəqiqə Lənkərandakı Qarabağ Əlillər Cəmiyyətinin sədri buna görə Bakıya gəlib. Deyir Hadı müəllim, bu, nə biabırçılıqdır, kimlə istəyirsiniz, gedim görüşüm.

- Hadı bəy, camaat sizdən sosial müdafiə ilə bağlı təşəbbüslər gözləyir, siz öz müdafiənizi təşkil edirsiniz...

- Bəs, bu qədər sosial müdafiə addımlarını görmürsən? Şəhid övladlarının pulsuz təhsil alması ilə bağlı qərar qayğı deyil? Mən başqa məsələlər də fikirləşirəm. Ola bilər səhiyyə müəssisələrində Qarabağ əlilləri ilə bağlı növbədənkənar xidmət olsun. Mən vaxtaşırı onlarla görüşürəm, heç bu söhbətlərə dəxli yoxdur. Hər dəfə onları qəbul edib dinləyir, sonra parlamentə gedirəm.

- Yeri gəlmişkən, şəhid övladının təhsil güzəşti məsələsində 23 yaşla bağlı məhdudiyyəti götürmək olmazmı?

- 70 yaşına qədər verək?

- Müddəti bir az artırmaq olmazmı?

- Ola bilər. Bunun üçün maliyyə tutumu bilinməlidir. Buna ayrıca baxıla bilər. Mənim İnşallah, çıxışım olacaq, görəcəksiniz. Boş danışmaqla deyil axı. Dünyada proseslər var da, biz neyləyək? Neftin qiyməti düşür və s.

- Bu arada sərvətlərinizdən də yazdılar...

- Heç bütün ölkədə olan sərvətləri yazmırlar, Hadı müəllimin sərvətləri nə çox gözə girdi? Bu qədər sərvət sahibinin parlamentdə oturmağa vaxtı olar? Parlamentdə hər gün saat 10-da işə gəlib axşam 7-də gedən adam Hadı Rəcəblidir. Hadının bu qədər vaxtı hardadır ki, getdi o işlərlə də məşğul oldu? Şişirtmə məsələlər, adamların xəyallarıdır. Mən o xülyalı adamlara minnətdaram ki, məni belə görmək istəyirlər.

- Sizi Prezident Administrasiyasına niyə çağırıb tənbeh ediblər. Olubmu belə şey?

- Axı, məni Prezident Administrasiyasına çağırmayıblar. Belə şeyə görə məni niyə çağırmalıdırlar, nə günah sahibiyəm? Bunlar hamısı təhriflərdir. Elektron mətbuatın günahıdır. Biri verir, digərləri də götürüb yayır. Hər iki halda mənim fikirlərim təhrif olunub və belə mübahisələr yaranıb. Mən bir daha demək istəyirəm ki, cəmiyyətin ən həssas qrup insanları ilə işləyirəm. Jurnalist həmkarlarımdan xahiş edirəm ki, bu həssas insanları qıcıqlandırmasınlar, mənim sözlərimi təhrif etməsinlər. Hadı müəllimin bir kəlməsini oynadırlar. Qıcıq yaratmaq istəyirlər, lap açığını deyək, hakimiyyətə qarşı rəy aşılamaq üçün. Hadı müəllim özü də həssas qrupdan çıxıb, fəhləlikdən gəlib, müəllim ailəsində böyüyüb. Neçə illərdir məni tanıyırsan, mənim davranışımda tərbiyəsizlik, hörmətsizlik, yekəxanalıq görmüsən? Olmayıb axı.
 
Yeni Müsavat

Oxunma sayı : 12300

Loading...
SON XƏBƏRLƏR
DİN vətəndaşlara müraciət etdi - 24 İyul 2017, 18:16
Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – FOTO - 24 İyul 2017, 17:50
Nazirlik vakant yerlərin siyahısını açıqladı: 7640 müəllimə ehtiyac var - 24 İyul 2017, 17:45
I və IV ixtisas qruplarının imtahan nəticələrini açıqlandı: Cəmi 2 nəfər 700 bal topladı - 24 İyul 2017, 17:43
DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı AÇIQLAMA - 24 İyul 2017, 17:35
Türkiyənin qədim Aksaray vilayətində Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub - 24 İyul 2017, 17:33
Yetim Eyvazın oğlu müğənni imiş - VİDEO - 24 İyul 2017, 17:28
Qədim Kapadokyada Qarabağ küçəsinin açılışı oldu - 24 İyul 2017, 17:24
Tovuzda ağır qəza: ana ölüb, 3 övladı xəsarət alıb - 24 İyul 2017, 17:11
Arvadını yatdığı yerdə öldürdü, uşaqlarının başını çəkiclə əzdi - Dəhşətli qətlin təfərrüatı - 24 İyul 2017, 16:51
Baş Prokurorluq arvadını çəkiclə öldürən kişi ilə bağlı məlumat yaydı - 24 İyul 2017, 16:35
"Mən 18.2 kv.m sahəsi olan 1 otaqlı mənzildə 3 uşaq böyütmüşəm" - Nahid Canbaxışlı yazır - 24 İyul 2017, 16:33
15 yaşlı gəncin meyiti Kürdən tapıldı - 24 İyul 2017, 16:12
Maşallah Əhmədovun cəzası 8 ildən 2 ilə endirilib - 24 İyul 2017, 16:09
Hacıbəy Heydərli: "Prezidentin jurnalistlərə "mənim köməkçilərim" deməsi mətbuata ən böyük diqqət və qayğıdır" - 24 İyul 2017, 16:02
Bakıda ana körpəsini əmizdirərkən öldü - 24 İyul 2017, 15:35
Azərbaycanda ən yaxşı özəl universitet hansıdır? - "Facebook"da açıq sorğu başladı - 24 İyul 2017, 15:30
Nişanlısının bakirəliyini pozdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu - Oğuzda şok hadisə - 24 İyul 2017, 15:29
BDU-nun fəaliyyətində nöqsanlar aşkarlandı - 24 İyul 2017, 15:14
Novxanı çimərliyində 2 qardaş boğularaq öldü - FOTO - 24 İyul 2017, 14:46
Səbail icra hakimiyyətinin saldığı parkda ağacları kəsib, kafe salırlar- Badamdar sakinləri etiraz edir - 24 İyul 2017, 14:39
Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü - 24 İyul 2017, 14:34
Bu şəxslər də güzəştli mənzil əldə edə biləcəklər - 24 İyul 2017, 14:22
8 yaşlı oğlanı zorlayan manyak həbs edildi – TƏFƏRRÜAT - 24 İyul 2017, 14:06
Samirə yeni mahnısını təqdim etdi - VİDEO - 24 İyul 2017, 13:57
Rüşvətə alarkən həbs olunan baş həkim azadlıqda - 24 İyul 2017, 13:54
Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərinə istirahətə yola düşdülər - 24 İyul 2017, 13:50
Sabiq deputatın əmlakı müsadirə olundu, 13 il azadlıqdan məhrum edildi - 24 İyul 2017, 13:29
Şəbnəmin hər kəsdən gizlətdiyi oğlunun - FOTOLARI - 24 İyul 2017, 13:27
“Azərbaycan” qəzeti dənizi hasarlayan və plyajları pullu edənləri “topa tutdu” - 24 İyul 2017, 13:09
“Prezidentin nəcib əməlinə qarşı kampaniya başlayıblar...” - VİDEO - 24 İyul 2017, 13:02
Faiq Əmirliyə hökm oxundu - 24 İyul 2017, 12:58
Bakıya gələn ərəb turist icarəyə götürdüyü avtomobili bu hala saldı - VİDEO - 24 İyul 2017, 12:58
"Gecə körpə ağlayırsa, onu bir saat qadın, bir saat kişi sakitləşdirməlidir" - QMİ sədrinin müavin - 24 İyul 2017, 12:44
Azərbaycanda qadın ərini öldürərək tövlədə basdırdı – FOTO - 24 İyul 2017, 12:24
İctimai TV-nin fəaliyyətində nöqsanlar aşkarlandı - 24 İyul 2017, 12:09
Rusiyada beş nəfərlik azərbaycanlı ailəsi yanaraq öldü - 24 İyul 2017, 12:05
"Seaside" restoranının məsul şəxsi çay istəyən müştərini təhqir etdi - FOTOLAR - 24 İyul 2017, 11:57
Bakıda tanınmış aparıcının oğlunun şirkəti qarət olundu - 24 İyul 2017, 11:43
Naxçıvanda ağır qəza: ölən var - 24 İyul 2017, 11:33
"Zirə" Rəşad Sadiqovu qovdu - 24 İyul 2017, 11:27
Paytaxtda film kimi qəza - 005 nömrəli "BMW" yolu kəsdi, 6 maşın toqquşdu - 24 İyul 2017, 11:16
"Ermənilər yaşayış məntəqələrindəki mülki obyektlərə ziyan vurub" - Müdafiə Nazirliyi - 24 İyul 2017, 11:10
Avadını qətl edib, uşaqlarına ağır xəsarət yetirdi, sonra özünü öldürdü- Azərbaycanda qorxunc hadisə - 24 İyul 2017, 10:52
Bakı çimərliklərində dəhşətli gün: 3 nəfər öldü - 24 İyul 2017, 10:47
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10