23:47 Bazar Ertəsi, 24 Sentyabr 2018
İDMAN

"Qarabağ"-ın Çempionlar Liqasındakı gəliri nə qədər olub?

22:36, 10.04.20186945
Bu mövsüm Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar məlum olub.

"Qarabağ" klubu cari mövsümdə 15.7 milyon avro qazanıb və bu nəticə ilə 25-ci pillədə qərarlaşıb.

Siyahıya 33,59 milyon avro ilə İngiltərənin "Liverpul" klubu başçılıq edir. Bu ölkənin digər təmsilçisi "Mançester Siti" Almaniyanın "Bavariya" klubu ilə birgə 33.36 milyon avro gəlirlə 2-3-cü yerləri bölüşdürürlər.

Qeyd edək ki, "Qarabağ" bu siyahıda Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Monako", Portuqaliyanın "Benfika" və Hollandiyanın "Feyenord" klublarını geridə qoyub.
XƏBƏR LENTİ