22:42 Cümə, 17 Avqust 2018
İDMAN

“Qarabağ” – “Kukesi” matçının hakimləri açıqlandı

11:09, 28.07.20185051
“Qarabağ” – “Kukesi” matçının hakimləri açıqlandı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ” – "Kukesi” qarşılaşmasına hakim təyinatı açıqlanıb

AZXEBER.COM-un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Peter Kraloviç olacaq. Ona Miroslav Benko və Erik Vayss yardımçı olacaqlar. Ehtiyat hakim isə Patrik Hrçka təyin olunub.

Qeyd edək ki, "Qarabağ” – "Kukesi” matçı avqustun 1-də keçiriləcək və saat 21:00-da başlayacaq.
XƏBƏR LENTİ