23:08 Cümə, 19 Yanvar 2018
KÖŞƏ

“Qarabağ” onu məğlub olanda da sevənlərin inamı ilə qələbə qazanır!

12:13, 02.11.2017493
“Qarabağ” onu məğlub olanda da sevənlərin inamı ilə qələbə qazanır!
Günay Malikqızı 
 
Bütün dünya futbol oynayır. Futbol dünyasının birinciləri isə idman aləmini oynadır. Qələbəsi, məglubiyyəti, uduzları, milyonlara bərabər transferləri ilə FUTBOL bir dünyadır.
 
Bizim bu dünyadakı yerimizdən, mövqeyimizdən danışmaq istəmirəm. Çünki, biz futbol oynamırıq. Bizim üçün "Qarabağ” Futbol Klubunun o stadionlarda, o ekranlarda, o şərhçilərin dilində səslənən adı futbol deyil, bir DÜNYADIR!
 
O dünyada bizimlə yanaşı, hamı QARABAĞ adının Azərbaycanla bağlı olduğunu eşidir. Bizimlə yanaşı hamı Qarabağın ermənilər tərəfindən işğal edilən Ağdamın klubu olduğuna aid məlumat alır. O dünyada erməni yoxdur. Azərbaycan və onun Qarabağı var! Onlar Qarabağı bilirlər, tanıyırlar Azərbaycan isə Qarabağla bir bütövdür. Heç-heçə ilə də qələbə hissi yaşamaq olarmış. Çünki, bu heç-heçə içimizdəki inamsızlığa qalib gəldi. İnandıq. Bugünkü heç-heçə sabahkı qələbəyə işıq salacaq. Mütləq. Biz dünya futbolunun bir parçası ola bildik. Amma, istənilən bir qələbənin arxasında, sənə ən çətin anında inanan insanalrın sevgisi durur. Qəribədir, məhz o inam qələbəni cücərdir.
 
Məğlubiyyətinlə qəbul edən insanlar səni böyüdür, yüksəldir. Sən məğlub olursan, onlar səndən vaz keçmir. Sonsuz və təmannasız inam isə əvvəl axır dahilər yetişdirir. Bu gün "Qarabağ” futbol klubu bundan əvvəlki məglubiyyətlərində ona inanan, dəstək olan, əsl dost kimi yanında duran insanların inamı, sevgisi və ən əsası isə səbri ilə öz sözünü deyə bilir. "Qarabağ” futbol klubu Azərbaycan sevgisilə döyünən ürəklərin əməyinin bəhrəsini verir. Futbol dünyasında Azərbaycan və Qarabağ adı səsləndi. Dünya bizi eşitdi. Orda erməni yoxdur. Azərbaycan və onun Qarabağı var!
0
XƏBƏR LENTİ