18:38 çərşənbə Axşamı, 19 Mart 2019
İDMAN

"Qarabağ" "Şaxtyor"la qarşılaşacaq

17:29, 29.12.20188717
"Qarabağ"ın Türkiyədəki təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama matçlarının siyahısı açıqlanıb.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırlıq prosesinə yanvarın 6-da Antalyada start verəcək. 21 günlük toplanış müddətində 5 oyun nəzərdə tutulub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv yanvarın 12-də Rumıniyanın "Botoşani”, yanvarın 16-da Özbəkistanın "Paxtakor”, yanvarın 19-da Çexiyanın "Bohemians”, yanvarın 23-də Polşanın "Piast” və yanvarın 26-da Ukraynanın "Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaq. 

Yanvarın 27-də Bakıya dönəcək "Qarabağ" fevralın 3-də "Neftçi” ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XV tur matçına hazırlığa başlayacaq. 
XƏBƏR LENTİ