23:06 Cümə Axşamı, 20 Sentyabr 2018
İDMAN

"Qarabağ Vyana" klubunun geniş yığıncağı keçirilib

10:56, 02.03.20181173
Avstriyanın III Liqasında çıxış edən "Qarabağ Vyana" futbol klubunun geniş yığıncağı keçirilib. 

"Report"un məlumatına görə, hesabat xarakterli sayca üçüncü dəfə təşkil olunan tədbiri klubun avstriyalı vitse-prezidenti Manfred Modli açıb. 

Əvvəllər Avstriya hökuməti şurasının məsləhətçisi olmuş, "Bavag Bank"da uzun müddət idarə heyətində icraçı direktor vəzifələrində çalışmış, hazırda isə Avstriya Kanoe Federasiyanın prezidenti olan Manfred Modli çıxışında Qarabağın Azərbaycan dilində mənasından, ölkə üçün əhəmiyyətindən, klubun adı və tarixindən danışıb. O bildirib ki, Qarabağ tarixən Azərbaycanın önəmli bir regionu olub və ölkə tarixi, mədəniyyəti, incəsənətində xüsusi əhəmiyyət kəsb edib. 

"Qarabağ Vyana"nın prezidenti Orxan Vəliyev klub qurulan gündən bu vaxta kimi qarşıya qoyulan hədəflərdən və həyata keçirilən uğurlardan bəhs edib. O həmçinin cari ildə klubun hədəflərindən, infrastrukturundan da söz açıb. 

Klubun baş meneceri Ramin Şükürov isə İdarə Heyətinin gedişatdan razı olduğunu söyləyib. O, çıxışında klubun effektiv idarəçiliyinin inkişaf mexanizmi, müddəti, problemləri və onların həlli yollarından bəhs edib, idarəçilik, klubun spesifik sahələrdə irəliləyişi, layihələr və infrastruktur barədə danışıb. 

"Qarabağ Vyana"nın marketinq meneceri İvonne Tonhofer, baş məşqçi Volkan Kahraman, akademiyanın futbol məktəbinin direktoru Mehmet Demir də tədbirdə çıxış ediblər. 

Toplantıda hər il "Qarabağ Vyana" futbol klubunun hesabat xarakterli böyük iclasının keçirilməsi qərara alınıb. 

XƏBƏR LENTİ