04:42 Cümə, 22 Noyabr 2019
İDMAN

""Qarabağ"a mütləq qalib gəlməliyik" - APOEL-in futbolçusu

13:07, 04.11.20193075
Qol vurmaq üçün daha çox imkan qazanmalıyıq. Hücumu yaxşı sonluqla tamamlaya bilmirik, səhvlərə yol veririk.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözlər APOEL-in yarımmüdafiəçisi Andre Vidiqal Kipr çempionatının son turunda AEK-lə görüşdən (0:0) sonra deyib.

Portuqaliyalı futbolçu Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la keçiriləcək oyuna da toxunub. O, Ağdam klubuna mütləq qalib gəlməli olduqlarını bildirib: "Hər oyunda qələbə qazanmaq istəyirik. Bunun üçün mübarizə aparırıq. Yolumuza davam edirik.  Avropa Liqasında vacib oyunumuz olacaq. Növbəti mərhələ şansını davam etdirmək istəyiriksə, "Qarabağ"a mütləq qalib gəlməliyik".

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-də Nikosiyada keçiriləcək.
XƏBƏR LENTİ