19:03 çərşənbə, 12 Dekabr 2018
İDMAN

"Qarabağ"a qayıdacağım yalandır" - Riçard Almeyda

16:40, 12.11.20182445
Milli komandamız və "Astana"nın yarımmüdafiəçisi Riçard Almeyda "sports.kz" saytına geniş müsahibə verib.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə "Qarabağ"a qayıdacağı ilə bağlı Braziliya mətbuatında yer alan fikirlərinə mübasibət bildirən futbolçu belə söz demədiyini söyləyib.

"Bunlar yalan məlumatlardır. İnanmayın. Braziliyadan olan jurnalistə müsahibə verdim. Dedim ki, nə vaxtsa "Qarabağ"a qayıtmağım mümkündür. Amma bunun yaxın gələcəkdə olacağını söyləməmişəm. Onlar mənim fikirlərimi təhrif ediblər".

Almeyda "Astana"da qalmaq istədiyini açıqlayıb: "Klubla hələ 2 illik müqaviləm var. Sözləşmənin sonuna qədər burada oynamaq istəyirəm". 

Qeyd edək ki, Almeyda mövsümün əvvəlində "Qarabağ"ı "Astana"ya dəyişib.
XƏBƏR LENTİ