18:54 Cümə Axşamı, 14 Dekabr 2017
İDMAN

"Qarabağ"da ciddi itki - Bir ay oynamayacaq

14:18, 06.11.2017335

"Qarabağ"ın futbolçusu Tarik Elyunussi zədələnib.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Onun sözlərinə görə, ayağından zədə alan norveçli yarımmüdafiəçi 3 həftə bərpa prosesi keçməlidir. 

Bu isə o deməkdir ki, Mərakeş əsilli futbolçu azı 1 ay meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, bu yay "Qarabağ"a transfer olunan 29 yaşlı futbolçu Ağdam klubunun heyətində 4 oyun keçirib.

///qol.az
0
XƏBƏR LENTİ