04:22 şənbə, 23 Fevral 2019
İDMAN

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

14:59, 19.06.20189171

Bu gün İsveçrənın Nyon şəhərində Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib.

Püşkatma nəticəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib. Ağdam təmsilçisi 1-ci mərhələdə Sloveniyanın "Olimpiya Lyublyana" klubu ilə qarşılaşacaq.

"Qarabağ" ilk oyununu səfərdə keçirəcək.

 

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11-i, cavab qarşılaşmaları isə 17-18-də keçiriləcək.

///Trend
XƏBƏR LENTİ